"Cunda" şirkətinə məxsus Palau bayrağı altında üzən "Svetoslava" adlı quru yük gəmisi gecə saatlarında Qara dənizdə Türkiyə Samsun limanında üzü Giurgiulesti Moldova limanına doğru gedərkən naməlum şəraitdə batıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycanlı Dənizçilərə Dəstək" İctimai Birliyinin rəhbəri İlham Nəsirov sosial şəbəkədə məlumat verib.
Məlumata görə, gəminin göyərtəsində - 11 Azərbaycan, 1 Türkiyə və 1 Rusiya vətəndaşı olub.
Sahil təhlükəsizlik qüvvələri vaxtında köməklərinə çatıb, nəticədə hamısı xilas olunub. Xilas olunan dənizçilər xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Bizim.Media