ABŞ-ın Virciniya ştatının sakini işdə nahar fasiləsi zamanı lotereyadan 1,73 milyon dollar udub.
Bizim.Media xəbər verir ki, bu barədə Virciniya lotereyasının nümayəndələrinə istinadla UPI məlumat yayıb.
Bildirilib ki, Arlinqton şəhərindən olan qadın “MONOPOLY Super Spin” onlayn lotereyasında iştirak etmək qərarına gəlib və gözlənilmədən cekpotu qazanıb.
“Bütün həyatım boyu belə bir şeyin baş verə biləcəyini heç vaxt təsəvvür etməmişdim. İnana bilmirəm”, — deyə qalib bildirib.
Uduşu görən qadın həyat yoldaşına zəng edərək baş verənlər barədə məlumat verib. Sonuncu əvvəlcə onun zarafat etdiyini düşünüb: “Sən yalan deyirsən. Sən yalan deyirsən”.
Qalib anonimliyini qorumağa üstünlük verib. O, həmçinin uduşdan necə istifadə edəcəyini açıqlamayıb. (Publika.az)
Bizim.Media