Səhiyyə naziri Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüşdü - FOTO

Bu gün Azərbaycanın Türkiyənin İstanbul şəhərində yerləşən Baş Konsulluğun təşkilatı dəstəyi ilə qardaş ölkənin dövlət və özəl sektorunda çalışan və ya təhsilini davam etdirməkdə olan 25-ə yaxın azərbaycanlı həkimlərlə görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən bildirilib.

Görüşdə, həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən xaricdə yaşayan, eyni zamanda taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş həmyerlilərlə bağlı söylədiyi fikirləri xatırladıb:
"Vətənimiz daim şərəf gətirən ləyaqətli övladları ilə fəxr edib. Bu möhtəşəm ənənə bütün dövrlərdə olduğu kimi, bu gün də davam edir. Qürurverici haldır ki, həmyerlilərimiz hansı ölkədə yaşamasından asılı olmayaraq, doğma Vətənini heç vaxt unutmayıb, hər zaman xalqımıza öz dəstəyini göstəriblər.

Belə ki, COVID-19 pandemiyasının ən kəskin zamanlarında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə iştirakçılarının, yaralıların və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər”.

T.Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən hər zaman olduğu kimi dövlət dəstəyinin davam etdiriləcəyini, o cümlədən vətəndə xidmət etmək istəyənlərə lazımi şəraitin yaradılacağını vurğulayıb.
Öz növbəsində Türkiyədə çalışan həkimlərimiz onların fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirərək, qardaş ölkədə onlar üçün yaradılmış şərait haqqında məlumat veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

Bu gün Bakıda hərbi yürüşlər keçiriləcək

DÇ-2026-da 32 illik rekord yeniləndi

DÇ-2026-da 32 illik rekord yeniləndi

Yaponiyada daha bir güclü zəlzələ olub

Yaponiyada daha bir güclü zəlzələ olub

Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

Şəhidlərin qanı, əsgərlərin şücaəti və Böyük Zəfər– Mümkünsüzü mümkün edən QALİB ORDUNUN GÜNÜ

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

"Temu"dan ucuz paraşüt alıb test etdi - VİDEO

Niyə maşınlar daha çox yayda yanır?

Niyə maşınlar daha çox yayda yanır?

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

End of content

No more pages to load

RADİO