Dünya
Bu gün 14:32

Ukrayna ordusu Rusiyanın Perm diyarında sənaye müəssisəsinə pilotsuz uçuş aparatları ilə hücum edib. Nəticədə beş əməkdaş xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Maxonin məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları Perm diyarının hava məkanında 11 pilotsuz uçuş aparatını vurub.
Qubernator bildirib ki, yaralılardan üçü müayinə üçün xəstəxanaya göndərilib, biri ambulator müalicə alır, digər şəxs isə tibbi müayinədən keçməkdən imtina edib. Xəsarət alanların vəziyyəti qənaətbəxş qiymətləndirilir və onlara zəruri tibbi yardım göstərilir.