Əli Əsədovdan turizmin inkişafı ilə bağlı dövlət qurumlarına TAPŞIRIQ

Baş nazir Əli Əsədov Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı bir sıra qurumlara tapşırıqlar verib.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncamında əksini tapıb.

Sərəncamda qeyd olunub:

Dövlət Turizm Agentliyi:


- Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Turizm haqqında” Qanunun təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il dekabrın 20-dək Nazirlər Kabinetinə təqdim etsin;
 

- İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il oktyabrın 20-dək Nazirlər Kabinetinə təqdim etsin;


- İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş turizm sahəsində çevik və əhatəli təşviq çərçivəsinin yaradılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Dövlət Proqramında nəzərdə tutulmuş turizm və rekreasiya zonalarının ərazisində mehmanxanalarda (hotellərdə) və digər yerləşmə vasitələrində xidmət göstərilməsi, sanatoriya-kurort müəssisələrinin fəaliyyətinə, qış idman növləri üçün stadion və arenaların fəaliyyətinə, konqreslərin və peşəkar salonların təşkili işinə dair investisiya layihələri çərçivəsində kredit təşkilatlarından manatla alınan kreditlər üzrə faiz subsidiyalarının verilməsinə dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Nazirlər Kabinetinə təqdim etsin.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə operatoru olduğu “e-monitorinq” portalı çərçivəsində “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun yaradılmasını iki ay müddətində təmin etsin və 2027-ci ildən başlayaraq Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini Modul vasitəsilə həyata keçirsin;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların), şəhər və rayonların, icra müddətlərinin, eləcə də layihələrlə bağlı məlumatların (Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq informasiya sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməsi, informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılması və s.) və digər zəruri göstəricilərin təsnifatlaşdırılmasını, mövcud vəziyyət barədə informasiyaların əks olunmasını və hesabatlılığın aparılmasını Modulda müvafiq bölmələr yaratmaqla təmin etsin;
 

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə aidiyyəti icraçı orqanların (qurumların) operatoru olduqları müvafiq elektron informasiya sistemlərinin (portalların) “e-monitorinq” portalına inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün;


- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticələri barədə məlumatları 2027-ci ildən başlayaraq, ildə bir dəfə, aprelin 30-dək Nazirlər Kabinetinə təqdim etsin;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticələrinə dair məlumatları 2031-ci il iyunun 30-dək Nazirlər Kabinetinə təqdim etsin.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas və digər icraçı orqanlar (qurumlar):

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəricilərini və onların illər üzrə bölgüsünü müəyyən edərək, iki ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun Dövlət Turizm Agentliyinə təqdim etsinlər;

- monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində layihələrin icrası ilə bağlı müvafiq məlumatların 2027-ci ildən başlayaraq rübdə bir dəfə (rübdən sonrakı ayın 15-dək), tədbirlər üzrə ilin yekunlarına dair hesabatların isə hər il fevralın 25-dək “Layihə idarəetməsi” modulunda yerləşdirilməsini və Mərkəzə təqdim olunmasını təmin etsinlər;

- Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsində və özəl sektorda nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən ayrılmış, istifadə olunmuş və növbəti illər üçün tələb olunan kredit vəsaiti barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsinlər.
 

Bu Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.


Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

Ziya Muradovun ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Ziya Muradovun ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Əli Əsədovdan turizmin inkişafı ilə bağlı dövlət qurumlarına TAPŞIRIQ

Əli Əsədovdan turizmin inkişafı ilə bağlı dövlət qurumlarına TAPŞIRIQ

Gəncədə AİLƏ FACİƏSİ – Oğul anasını bazarda bıçaqladı

Gəncədə AİLƏ FACİƏSİ – Oğul anasını bazarda bıçaqladı

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?

Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?

Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Dünyada ən çox hansı ət yeyilir? - Cavab təəccübləndirəcək

Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI

Gömrükdə külli miqdarda bəyan edilməyən dərman AŞKARLANDI

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Şəhid xanımları tələbə adını qazandı – FOTO

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Bu ölkədə minimum pensiyalar dörd dəfədən çox artırılacaq

Jalə Əhmədova da tələbə oldu

Jalə Əhmədova da tələbə oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Atasına verdiyi vədi yaşadan Zəhra BDU tələbəsi oldu

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Azərbaycanda pensiyaçıların SAYI AÇIQLANDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Çin bazarı "Toyota"nı vurdu: İstehsal və satış AZALDI

Meteor yağışı OLACAQ

Meteor yağışı OLACAQ

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

Bakıda bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alındı

End of content

No more pages to load

RADİO