“İsrailin hərəkətləri təkcə Suriya və Livanı deyil, həm də Türkiyəni təhdid edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Netanyahu və onun cinayətkar dəstəsinin Suriya və Livana qarşı hücumları təkcə bu iki qardaş ölkəni deyil, indi də Türkiyəni təhdid edən bir nöqtəyə çatıb. Türkiyənin təhlükəsizliyi təkcə Hatayda deyil, həm də Hələbdə, Dəməşqdə və Beyrutda başlayır. Qardaş xalqlarımıza qarşı bu cür siyasətə dözməyəcəyik və onlara qarşı təcavüzə göz yummayacağıq”, - deyə Ərdoğan əlavə edib.
Bizim.Media