İyunun 16-dan Azərbaycanda Məhərrəmlik başlayacaq.
Bizim.Media xəbər verir ki, aşura günü iyunun 25-nə təsadüf edəcək.
Hər il olduğu kimi, bu il də Məhərrəm ayının başlaması ilə ölkədə toy mərasimlərinin keçirilməsi ənənəyə uyğun olaraq iki ay müddətinə məhdudlaşdırılır. Bu səbəbdən Bakı və regionlardakı şadlıq evlərinin fəaliyyətində də fasilə yaranır.
Qeyd edək ki, Məhərrəm ayı bir ay davam etsə də, ənənəyə görə Məhərrəmlik dövrü 60 gün kimi qəbul olunur və iyulun 15-də başa çatır.
Bizim.Media