Ərinin qətlini sifariş verən qadına ağır cəza – FOTO

Maştağada həyat yoldaşınin sifarişi ilə 23 bıçaq zərbəsi vurularaq qətlə yetirilən Əli Seyidlinin qatilləri cəzalandırılıb.

Bizim.Media “News24.az”a istiandla xəbər verir ki, ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Təqsirləndirilən şəxslərə hökm oxunub.

Cinayət işinin materiallarına görə, hadisə Maştağa qəsəbəsinin Çənlibel küçəsindəki fərdi evin qarşısında baş verib.
 

Hadisəyələ bağlı Sabunçu rayon prokurorluğunda qəsdəm adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 33 yaşlı Əli Seyidlinin bədənində 23 ədəd bıçaq yarası aşlar edilib. Onun ölümünə ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.


Martın 19-da şübhəli şəxs qismində Tovuz rayon sakini 45 yaşlı Mehdi Məmmədov, Quba rayon sakini, 31 yaşlı Bəxtiyar Fərzəliyev, Qazax rayon sakini, 38 yaşlı Elvin Əliyev və mərhumun arvadı, Bakı şəhər sakini 26 yaşlı Əzizə Seyidova saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Əzizə Seyidova əri Əli Seyidli xəyanət etdiyi üçün onu qisas niyyəti ilə öldürmək qərarına gəlib. 2022-ci ilin sentyabr ayında o, ərinin yeməyinə qatmaq üçün siçan dərmanı alıb və yataq otağındakı şkafda saxlayıb. Lakin sonradan o, ərini bu üsulla öldürmək istəməyib.

O, ərini xalası Leyla Əliyeva ilə əvvəllər qeyri-rəsmi şəkildə yaşayan taksi sürücüsü Mehdi Məmmədova öldürtdürmək qərarına gəlib. Əzizə Mehdiyə ərinin daim onu alçaltdığı, pis davrandığı barədə məlumatlar verib və onun qətlini sifariş verib. Noyabrın 15-də yaşadıqı ünvanın yaxınlığında Mehdi Məmmədovla görüşən Əzizə Seyidova ona evi və ərazini göstərib, həmçinin ərinin iş yeri haqda məlumat verib. 2023-cü il mart 15-də İnstaqram şəbəkəsində həmin şəxsə yoldaşının evə neçədə gəlməsi haqda mesaj yazıb. Sonra hər ikisi ismarıcı siliblər.
 

Təxminən saat 23:45-də Mehdi Məmmədov tanışları Bəxtiyar Fərzəliyev və Elvin Əliyevlə birlikdə Maştağa qəsəbəsinə gəlib, pusquda dayanıblar. Əli Seyidli gəldikdən sonra hücum edib, üzərindəki bıçaqlarla onun başına, üzünə, sinəsinə və digər nahiyələrinə çoxsaylı zərbələr endiriblər. Xəstəxanaya çatdırılan Əli Seyidli aldığı xəsarətlərdən ölüb.


Məhkəmə baxışı zamanı Əzizə Seyidova ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, əmisi nəvəsi Əli Seyidlini ilk dəfə 2014-cü ildə qardaşı Anarın toyunda görüb. Onunla 3 il sevgili kimi danışıblar. 2015-ci il noyabrın 15-də Əli özünə məxsus Qaz-31 markalı avtomobilində onu zorlayıb. Bundan sonra da bir neçə dəfə onunla cinsi əlaqədə olub.

Ayrılmaq istəsə də, Əli ondan əl çəkməyib. 2017-cidə nişanlanıblar, 2020-ci ildə ailələrin razılığı ilə evləniblər. Ailə qurandan bir müddət sonra yoldaşının ona xəyanət etdiyini bilib. Belə ki, Əli videogörüntülü zəng edib, ona başqa qadınlarla intim münasibətdə olmasını nümayiş etdirib. Sabunçu rayon Məhkəməsinə boşanmaqla bağlı müraciət edib. Lakin ailələlərin araya qarışması səbəbindən ərizəni geri götürüb.

Əzizə bildirib ki, Mehdi Məmmədova Əlinin qətlini sifariş verməyib, digər təqsirləndirilənəri tanımır. İttihamda Əlinin ölümünün qarşılığında cinayəti icra edənlərə ev vəd etdiyi qeyd olunsa da, o, bu da təkzib edib.
 

Mehdi Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilərək göstərib ki, ibtidai istintaq zamanı Əzizə Seyidovanın adını çəkməyə onu məcbur ediblər. Əslində qadın bu cinayətdə iştirak etməyib. Əli Seyidlini ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyıb. Bu hadisə, Əlinin onu təhqir etməsindən 2 ay sonra baş verib. Həmin gecə söhbətə gedəndə onu öldürmək məqsədi olmayıb, Əlini cəzalandırmaq istəyib ki, ondan üzr istəsin. Dava zamanı ona bıçaqla 2-3 dəfə zərbə vurub.


Bəxtiyar Fərzəliyev və Elvin Əliyev bildiriblər ki, istinaqda etirafedici ifadələrini fiziki təzyiqlər nəticəsində veriblər. Onların sözlərinə görə, hadisə yerində olsalar da, Əli Seyidlinin ölümündə iştirak etməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli CÇM-də çəkməklə Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev 17 il 6 ay, Əzizə Seyidova 17 il müddətinə azadlıqdan məhrum olunublar.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO