Macarıstan və Qazaxıstan milliləri arasında keçirilən yoldaşlıq oyununda qorxulu anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, meydançanın üzərində iplərlə asılan böyük və ağır hörümçək-kamera qırılaraq yerə çırpılıb.
Texnika yan xətdə çəkiliş aparan operatorun çox yaxınlığında yerə düşüb. Hadısə nəticəsində xəsarət alan olmayıb.
Bizim.Media