İran heç vaxt təslim olmayacaq! - Pezeşkian

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mərhum ali lider Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş tədbirdə çıxış edib.

Bizim.Media xəbər verir ki, “Tasnim” agentliyi Pezeşkianın çıxışından sitatlar dərc edib.

“Düşmənlər düşünürdülər ki, üç gün ərzində İranı kökündən məhv edə və öz məkrli planlarını ölkədə həyata keçirə bilərlər. Lakin xalqın birliyi bütün bu təsəvvürləri puça çıxardı”, - Prezident vurğulayıb.

O deyib ki, əsas prioritet ölkə daxilində birlik və həmrəylikdir. Düşmənlər fikir ayrılıqlarını dərinləşdirməyə çalışırlar, lakin heç bir ölkəni təyyarələr və bombardmanlarla təslim olmağa məcbur etmək mümkün deyil.

“Bu qədər kiçik əraziyə malik olan Qəzzanı təslim edə bilməyiblərsə, şübhəsiz ki, İranı da təhdidlərlə təslim olmağa məcbur edə bilməzlər. İran heç vaxt təslim olmayacaq”.
 

Pezeşkian deyib ki, müharibə və qarşıdurma şəraitində ölkəni idarə etmək asan iş deyil. O bildirib ki, mərhum Xameni ilə söhbətlərində əsas məsələ ölkəni bu vəziyyətdən çıxarmaq və danışıqların davam etdirilməsi olub. Nəticədə problemlərin həlli üçün danışıqların davam etdirilməsinə icazə verilib.


Prezident vurğulayıb: “Biz “nə müharibə, nə də sülh” vəziyyətindən çıxmalıyıq. Müharibə ölkənin xeyrinə deyil. Amma əgər düşmənlər İranın ləyaqətinə, torpağına və ərazi bütövlüyünə təcavüz etmək istəsələr, biz heç vaxt təslim olmayacaq və geri çəkilməyəcəyik. Düşmən belə bir şeyi xəyalına belə gətirməməlidir”.

O əlavə edib ki, ölkənin gələcəyini böhranlardan və çətinliklərdən xilas etmək üçün bütün təbəqələrin, etnik qrupların və qadın-kişi fərqi olmadan bütün vətəndaşların əməkdaşlığı və həmrəyliyi vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanının vaxtı AÇIQLANDI

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

End of content

No more pages to load

RADİO