Famil Fərhadoğlu: “Xəbər siyasətimizi obyektivlik və operativlik üzərində qurduq”

"Manset.az" xəbər portalı bu gün beş yaşını qeyd edir. 2021-ci ilin bu günündə fəaliyyətə başlayan sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri, hadisələri oxuculara təqdim edir. “Manset.az” özəl xəbərləri, açıqlamaları ilə qısa zaman kəsiyində geniş oxucu auditoriyası toplamağı bacarıb.  

Yubiley münasibətilə portalın təsisçilərindən biri və direktoru Famil Fərhadoğlu ilə həmsöhbət olduq.

O, Bizim.Media-ya açıqlamasında “Manset.az”ın əsas hədəflərindən, beşillik dövr ərzində nail olduqları nəticələrdən söz açıb:

“Manset.az” yaradılarkən əsas məqsədimiz operativ, dəqiq və etibarlı xəbər mənbəyi formalaşdırmaq idi. İstəyirdik ki, oxucu ən vacib xəbərləri vaxtında və peşəkar şəkildə məhz bizim portaldan əldə etsin. Bunun üçün ilk gündən peşəkar kadrlara üstünlük verdik, xəbər siyasətimizi obyektivlik və operativlik prinsipləri üzərində qurduq.
 

Son illərdə ölkədə media sahəsində aparılan islahatlar, xüsusilə Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələr və göstərilən dəstək media mühitinin inkişafına mühüm töhfə verib. Bu dəstək peşəkar jurnalistikanın güclənməsinə, media subyektlərinin daha məsuliyyətli və keyfiyyətli fəaliyyət göstərməsinə stimul yaradıb.


Beş il ərzində gördüyümüz işlər göstərdi ki, qarşıya qoyduğumuz hədəflərin böyük hissəsinə nail olmuşuq. Bu gün geniş oxucu auditoriyasına sahibik, ölkənin aparıcı media qurumları xəbərlərimizə istinad edir. Bu etimad bizim üçün ən böyük uğur və eyni zamanda böyük məsuliyyətdir”.

Famil Fərhadoğlu, portalın əldə etdiyi uğurlardan da bəhs edib:

“Bu beş il ərzində “Manset.az” öz operativliyi, eksklüziv xəbərləri və etibarlı informasiya siyasəti ilə tanınıb. Gündəmin ən vacib hadisələrini vaxtında oxuculara çatdırmağa çalışmışıq və bu istiqamətdə etibar qazanmışıq. Eyni zamanda, kollektivimizin yetişdirdiyi bir çox jurnalist hazırda müxtəlif xəbər portallarında, informasiya agentliklərində və televiziya kanallarında fəaliyyət göstərir. Bu da bizim üçün ayrıca qürur mənbəyidir. Ən böyük uğurumuz isə oxucuların etimadını qazanmaq və beş il ərzində bu etimadı qoruyub saxlamaq olub”.

Müsahibimiz “Manset.az”ın gələcək hədəflərini də açıqlayıb:

“Qarşıdakı dövrdə əsas hədəfimiz “Manset.az”ın oxucu auditoriyasını daha da genişləndirmək və multimedia istiqamətində inkişaf etməkdir. Videoxəbərlərin və xüsusi layihələrin sayını artırmağı, sosial media platformalarında daha aktiv olmağı planlaşdırırıq.

Eyni zamanda, xəbər təqdimatında yeni texnologiyalardan istifadə etməklə oxuculara daha keyfiyyətli və çevik informasiya təqdim etməyi qarşıya məqsəd qoymuşuq. İnanırıq ki, yeniliklərə açıq olmaq və peşəkarlıq prinsiplərinə sadiq qalmaq “Manset.az”ın uğurunu daha da möhkəmləndirəcək”.

Bizim.Media olaraq, “Manset.az” xəbər portalının kollektivini təbrik edir, həmkarlarımıza gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO