Erməni dığasına məktub - Sizə yazığım gəlir

Ay könlüm istəməyən qonşu, salam Allahın salamıdı. Odur ki, ilk növbədə sənə salam göndərmək istəyirəm. Ancaq doğrusu, necə müraciət etməyimi özüm də bilmirəm. Çünki elə üz qoymusan ki, əslində heç salam da veriləsi deyilsən. Buna baxmayaraq çox düşünüb-daşınıb sonra sənə məktub yazmaq qərarına  gəldim. Yaxşı olar ki, müraciət  forması olaraq "dığa" sözündən istifadə edim. Bu söz sənə çox doğmadı və çox da yaraşır. Söz demişkən, sənin dilçi alimin olan Ambarsumyanın sözləriniz barədə bir fikrini də elə burdaca qeyd edirəm. O, vaxtilə İrəvan şəhərində lüğət tərtib edərkən kitabın ön sözündə qeyd edib: "Lənətə gəlmiş türk dili o qədər şirindir ki, biz uzun əsrlər bu dilin əhatəsindən çıxa bilməyəcəyik".

Cümlənin əvvəlində işlədilmiş bir ifadə  olmasaydı bu fikirdən mən də məmnun olardım. Təkcə sözlərimizlə yox,  bir millət olaraq da  heç özünüzü türksüz təsəvvür edə bilirsinizmi? İstər yeməyinizdə, süfrənizdə, istər musiqinizdə, istərsə də mədəniyyətinizdə bizdən nələr götürməmisiniz? Elə öz şəxsi adlarınız da 99 faiz türk adları deyilmi? Köçəryan,  Allahverdiyan, Balayan, Əlixanyan, Aslanyan, Qardaşyan, Qarabəyyan, Yüzbaşyan, Babacanyan və s. soyadları kimdən götürdüyünüz sizə bəlli deyilmi? İstəyirsən başqalarını da söyləyim. Nalbəndyan, Xarratyan, Dülgəryan, Dəmirçiyan, Qalayçıyan, Çilingəryan və s. familyalar peşə adı ilə adlandırılır. Niyə?  Çünki sənin əcdadların Qafqaza gələndən sonra bir qismi sənətkarların yanında işləyərək soyadlarını da həmin sənətlə əlaqələndiriblər. Axı, bu sözlərin hamısı bütövlükdə mənşə və məna etibarı ilə türkə məxsusdu. Elə sənin erməni adın da türk sözü deyilmi? Bunları deməyə də bilərəm. Çünki mənim məktubumun mövzusu deyil. Sadəcə istəyirəm bu kəlmələri xatırlamaqla papağını qarşına qoyub düşünəsən ki, sən kimsən?

Ay dığa, əvvəla onu bil ki, sən mənim  düşmənim deyilsən. Mən heç vaxt ermənini türkün düşməni saymamışam. Çünki filin düşməni milçək ola bilməz. Vətəni, dini, məzhəbi, dili olmayan bir topluma mən necə düşmən kimi baxa bilərəm? Sənin mənsub olduğun millətin sayı (əgər  sizi millət adlandırmaq mümkündürsə) vur-tut yer kürəsində 10 milyonu keçə bilməz. Bu 10 milyondan təxminən milyon yarımlıq hissəsi indi yaşadığınız, tarixən türkə mənsub olan torpaqlarda məskunlaşıb. Milyon yarımlıq  kütlənizin əcdadları da bu torpaqlara cəmi 150-200 il öncə  dünyanın başqa-başqa  yerlərindən sürgün olunub. Qalan sayınız dünyanın ayrı-ayrı dövlətlərinin ərazisinə  pərpətöyün  toxumu kimi səpələnib, qanını, ad və soyadlarını belə  həmin millətlərin soyadına pərçimləyib. Mənim mənsub olduğum türk millətinin isə dilində yer kürəsinin milyarda yaxın əhalisi danışır. Bu gün danılmaz faktdır ki, dünyanın əzəli  türklərə bağlıdır. Əslində sənin özün də elə türkdən törəməsən. Əgər belə olmasaydı qızlarınız türk kişiləri üçün sinov getməzdi.

Yazını oxuyandan sonra sözlərimi yaxşı anla. Əslində mənim sənə heç bir təklifim - filanım da yoxdu. Doğrusu, sənə yazığım gəlir. Odur ki, bəzi məsələləri nəzərinə çatdırıram ki, sən bir dığa olaraq dünyanı dərk edəsən. Hələ gec deyil, qəflət yuxusundan ayıla bilərsən. Bir çoxları söyləyir ki, dünyada erməni diasporası var. Hətta  sən özün də buna inanırsan. Ancaq bil ki, bir etnikin diasporası ola bilməz. Diaspora böyük millətlərə məxsusdu. Yer kürəsində türkün, ingilisin, rusun, çinin, ərəbin və s. böyük xalqların diasporası fəaliyyət göstərib və bu davam edəcək. Bəs, onda sənin diasporan dünyada necə  fəaliyyət göstərir? Bunu dərk edirsənmi? Dərk edirsənmi ki, diaspora adı ilə bir sıra böyük millətlərin əlində qamçı olmusan, alətə çevrilmisən.

İllərdi göz yaşı töküb genosiddən-filandan danışırsan. Dünyada çox müharibələr, çox iğtişaşlar olub. Yolundan azmışların başı  hər zaman əzilib, necə ki, sən də  bu bəlanın içindəsən. Türk xalqı böyük millətdi. Həm Osmanlıda,  həm bu günkü Türkiyədə,  həm də Azərbaycanda və Orta Asiya xalqları arasında yüzlərlə, minlərlə etnik qrup, azsaylı millət yaşayıb firəvan həyat sürüblər, bu gün də təhlükəsiz şəraitdə yaşayırlar. Təkcə Azərbaycanda udin adlanan bir millət xoşbəxt dövran keçirir. Təbiətin  gözəl qoynunda öz dilində danışmaqla azəri türklərinin əhatəsində milli mənsubiyyətlərini qoruyub saxlayır və buna azəri türkləri çox böyük hörmətlə yanaşırlar. Bəs, sənə nə düşüb ki, onun-bunun əlində qamçı olmaqla özünü yaşadığın ərazidə ətrafındakılardan təcrid etmisən? Şərqiniz-qərbiniz, şimalınız-cənubunuz türkün əhatəsində olduğu halda nədən bu xoşbəxtlikdən istifadə edə bilmirsən? Və bu gün səfil vəziyyətdə yaşayırsan. Axı, nə Ermənistan torpağı, nə Qarabağ torpağı heç vaxt sənin vətənin olmayıb. Lakin bu torpaqlarda türklər  dünən əcdadlarına, bu gün də sənə  havadar olublar. Taleyiniz daim onlara bağlanıb.

Hərdən mətbuatda və başqa informasiya orqanlarımızda bizə rast gəlir ki, siz Azərbaycan musiqisinə çox həvəslə oynayırsınız. Hətta "Sarı gəlin" mahnısını da yana-yana ifa edirsiniz. Bir çox hallarda siz türk mahnılarını özününküləşdiribsiniz. Burda qəbahətli bir şey yoxdu. Mən bir fərd olaraq sizin bu hərəkətlərinizə irad da tutmuram. Əslində damarlarınızda türk kişisinin qanı axır. Bunun neçə faiz olduğunu analarınız daha yaxşı bilir. Odur ki, damarınıza düşən  musiqilərə oynaya bilərsiniz. Sadəcə yuxarıda dediyim kimi qəflət yuxusundan oyanmaq vaxtıdı. Siz bilin ki, həm Qərb, həm Şimal Böyük Türk Dünyasının gələcəyindən narahat olub sizdən bu gün də istifadə edir. Bu tələyə düşmək, sözsüz ki, sizi 100 illərdi rəzil edib. Böyük rus şairi Puşkinin özü də vaxtilə sənin  kimliyini deyib: "Sən köləsən, sən qorxaqsan,  sən ermənisən"!

Heç olmasa bu deyimə diqqət yetir. Köləliyini, qorxaqlığını, erməniliyini birdəfəlik at getsin. Düşün ki, türk sənin heç vaxt düşmənin olmayıb. Əgər türk istəsəydi sənin kimi düşməni yer üzündən silmək lazımdı bunu çoxdan edərdi və bu gün bir nəfər də olsun toxumluq nümunəniz qalmazdı. Əksinə uzun müddət həm Azərbaycanda, həm də  Anadolu Türkiyəsində siz yurd salıb məskunlaşmısınız.

Bir neçə kəlmə ilə Qarabağ müharibəsi haqqında sənə bəzi şeyləri də anlatmaq istəyirəm. Əvvəla bu yerlərin adından, tarixi abidələrindən utan. İkincisi, torpaqda yaşayanda, torpağa  xidmət göstərəndə, torpağı əkib-becərəndə sənin  olur. Sən buna qadir deyilsən. Bu torpağı qorumaq onu əkib-becərmək erməninin boyuna ölçülməyib. Axı, siz ömrüboyu başqa xalqların, başqa millətlərin köləsi olmusunuz. Sizin üçün vətən məfhumu yoxdu. Güzəranınız  harada xoş keçib oranı vətən hesab etmisiniz. Ancaq bu da mümkün deyil. Dərk edin ki, bütün dünya sizin ola bilməz. Dünyanın hər yerində  5-3 erməninin yaşaması şərt deyil. Şərt millətin tarixi dövlət quruculuğu və başqa atributlarıdır ki, o da sizdə yoxdu.

Tale elə gətirdi ki, biz babalarımızın qurduğu sovet hökumətini 70 ildən sonra itirdik. Bunun təfərrüatına varmaq fikrim yoxdu, sənə də heç nəyi tövsiyə etmirəm. Ancaq sənə xatırladıram ki, müstəqilliyimizin 25 illiyində gəl bizim uğurlarla özününkünü müqayisə et. Gör biz nə qazanmışıq,  sənin nəyin var? Bu 25 ildə Azərbaycan sözün həqiqi mənasında dünyanın ən abad diyarına çevrilib. Əhalimiz xeyli artıb. Şəhərlərimiz, kəndlərimiz 70 illik sovet dövründən qat-qat artıq gözəlləşib. Paytaxtımız Bakı şəhəri öz  gözəlliyinə görə dünyada ön sıralardadı. Azərbaycanın həm sənayesi, həm iqtisadiyyatı artıq dünya dövlətlərinin nəzər-diqqətini cəlb edir. Azərbaycandan keçən müxtəlif nəqliyyat strukturları, boru kəmərləri və beynəlxalq layihələr, sözün həqiqi mənasında, hər bir azərbaycanlıya xoşbəxtlik gətirib. Onu da deyim ki, qonşun olan gürcü xalqı da Azərbaycanla, eləcə də Türkiyə ilə dostluq münasibətlərini qura bildikləri üçün bu layihələrdən kənarda qalmayıb və öz firəvanlıqlarını təmin ediblər.

Bəs sən nə qazanmısan? Bu az müddətdə itirdiklərini göz önünə gətirə bilirsənmi? Gəl sadalayaq. İlk növbədə başqa millətlər sənə nifrət edib ərazindən aralanıblar. Öz ermənilərin hər il  başqa ölkələrə köç etməklə sayını azaldıb. Dünyanın ayrı-ayrı ölkələrindən aldığın dilənçi payı bu gün də sənə çatmır. Ətrafınla özünü düşmən səviyyəsində aparırsan. Dünyaya çıxışın belə yoxdu. Ərazinizdən heç bir  beynəlxalq əhəmiyyətli xətt, qovşaq keçmir. Bütövlükdə həm Qərbin, həm də Şimalın nökərinə çevrilmisən. Olan-qalan müəssisən rus dövlətinin əlində cəmləşib. Hətta torpağını belə rus qoşunu qoruyur. Düşünürsənmi bunlar sənə borc olaraq verilir? Verilən ianələr, sənə göndərilən yardımlar, silah-sursatlar bir zaman haqq-hesab ediləcək. Bu gün sürünə-sürünə yaşadığın halda gələcək törəmələrinə - dığalarına milyardlarla borc qoyub gedəcəksən. Gələcək erməni xalqının  taleyini bu gün bu qabırğası qalınlıqla məhv edirsən.

Haqq üçün deyim ki, sovetlər dönəmində həm Azərbaycanda, həm Moskvada yaşayan bir qrup  erməni var idi ki, onlar sizin millətə gərək ola bilərdilər. Ancaq  elələri də var idi ki, sizi bəlaya saldı. Zori Balayan (zorlanmış balanın yanındakı), Silva Kaputikyan kimi üzdəniraq soydaşların sizi fəlakətə gətirdi. Siz ağıllılara yox, başqalarına satılmış agentlərin çağırışına üstünlük verdiniz. Fəlakətiniz də ki, göz qabağındadır. Bu  gün tarixi Azərbaycan torpağı olan Qarabağda doğulmuş Sərkisyan soyadlı dığaya möhtac qalmısan. Bir ağıllı erməni tapa bilmirsən ki, bu cırtdan boylu Sərkisyandan xilas etsin səni. Gəl müqayisə edək. Azərbaycan rəhbərləri ilə erməni rəhbərlərini ani olaraq tərəziyə qoyaq. Sən dığa canın, prezidentin olan Serjikin heç olmasa atasını tanıyırsanmı? O və yaxınları erməniyə nə verib? Ay yazıq, gör sən kimin əlində qalmısan? Bir anlıq mənim prezidentimin şəxsiyyətinə nəzər yetir. O kimin oğludur? Ulu Öndər Heydər Əliyevin bir şəxsiyyət olaraq  yer kürəsinin dövlətlərinə, rəhbərlərinə örnək olacaq şəxsiyyət olduğunu sən də yaxşı bilirsən. Elə sənin özünün də  sovet dönəmində bir qədər firavan yaşamağın bizim Ulu Öndərin fəaliyyyətinə  bağlı olub. O, humanist bir insan olaraq sovet hökumətində aparıcı dövlət xadimi kimi öz fəaliyyəti ilə səni də çox bəlalardan xilas edib. Bu gün onun varisi, mənim  hörmətli prezidentim İlham Əliyev də həm daxili,  həm də xarici siyasəti ilə öz humanistliyini, vətənpərvərliyini, bütün insanlara hörmətini əməli ilə nümayiş etdirir. Azərbaycan tolerant bir ölkəyə çevrilib. Dünyanın gözü bu ölkədədir. Şübhəsiz, bu danılmaz faktları sən də görürsən.

Odur ki, son olaraq sənə tövsiyəm budur ki, vətən adlandırdığın torpaqda  xoşbəxt yaşamaq istəyirsənsə, qəflət yuxusundan ayıl, ətrafınla dostluq münasibətini qur. Səni qamçı edən Qərbə, Şimala  şəxsi fikrini çatdır, rəyini bildir, alət olmaqdan əl çək, ay yazıq. Heç olmasa, qızların xoş gün görsün, qadınların istəyinə nail olsun, cavanların öz həyatlarını qura bilsinlər. Bəlkə bu halda gələcəyə gedən yolların biri də səndən keçər.

 Kürəyini türkə söykəsən yenə onun içində qaynayıb qarışacaqsan... Soyqırım deyib ağlamaqdan bir şey çıxmaz.


Cümşüd İSGƏNDƏR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

End of content

No more pages to load

RADİO