Dünya
Bu gün 23:07

Aparıcı Vüsalə Əlizadə bəzi həmkarlarını tənqid edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "İncə səhər" verilişində danışıb.
Vüsalə bəzi aparıcıların kifayət qədər söz ehtiyatına malik olmadığını bildirib:
“Üç kəlmə danışan bəzi həmkarlarımız əlinə bir taxta parçası alır və orada da nə edəcəyi artıq əvvəldən yazılıb. Bir həftə qabaqdan da verilib ki, get, bunu əzbərlə, gələrsən. Bir sualı verir, ikinci sual üçün fikirləşir ki, mən nə verəcəyəm, nə deyəcəyəm. Onlar belə səhəri gün toy aparmağa gedirlər. Toy aparan bir aparıcının söz ehtiyatı, şeiriyyatı olmalıdır. Səsi yorucu olmamalıdır”. (axsam.az)
Bizim.Media