Dünya
Bu gün 00:36

Cənubi Kaliforniyanın bəzi ərazilərində ilin ən yüksək qabarma hadisəsi olan “kral qabarma” genişmiqyaslı daşqınlara səbəb olub.
Bizim.Media xəbər verir ki, tam Ayın təsiri ilə yaranan qabarma zamanı suyun səviyyəsi 2,9 metrə çatıb.
Nəticədə yaşayış evləri və avtomobil yolları su altında qalıb.
Yerli hakimiyyət orqanları sakinləri və ərazini ziyarət edənləri təhlükəsizlik qaydalarına əməl etməyə, təhlükəli sahil sularından uzaq durmağa və su basmış yollarda avtomobil idarə etməməyə çağırıb.
Bizim.Media