ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən hazırlanan “Sülh kitabı”nın (Book of Peace) Azərbaycana həsr edilmiş “Harmoniya çalarları: gənclərin gözü ilə Azərbaycanda sülh və multikulturalizm” adlı III nəşrinin oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təqdimatı olub.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik zəngin mədəniyyəti, uzun illərə söykənən birgəyaşayış ənənələri və mədəniyyətlərarası dialoqa sarsılmaz sadiqliyi ilə Azərbaycanın bütün dünya üçün ilhamverici nümunə olduğunu söyləyib.

O deyib ki, bu nəşr həm Azərbaycanın dialoq mədəniyyətinə ehtiramının ifadəsidir, həm də fəaliyyətə çağırışdır.

“Sülh kitabı” bugünkü parçalanmış dünya üçün olduqca mühüm mesaj daşıyır. Azərbaycanın multikulturalizm ənənəsi bu kitabın səhifələrində müəlliflərin müşahidələri və təəssüratları vasitəsilə canlanır.
 

Baş direktor qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanda və bütün dünyada sülh quruculuğuna əvəzsiz töhfələr verir. Fond humanitar təşəbbüsləri və mədəniyyətlərarası dialoqa verdiyi dəstək vasitəsilə icmalar arasında körpülər yaradır.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında diqqətə çatdırıb ki, münaqişələrin, parçalanmanın və dözümsüzlüyün dünyanı bölməyə davam etdiyi bir dövrdə sülh və qarşılıqlı anlaşma həmişəkindən daha böyük əhəmiyyət daşıyır. ICESCO hər zaman müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların görüş məkanı olub.

Heydər Əliyev Fondu isə artıq 20 ildən çoxdur ki, mədəniyyət, təhsil, ətraf mühitin qorunması və humanitar layihələr vasitəsilə düzgün dəyərlərin təşviqi istiqamətində fəaliyyət göstərir. Fond həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində illər ərzində çoxsaylı tarixi və mədəni abidələri bərpa edib, yüzlərlə məktəb və uşaq bağçası tikib, milli parkların və vəhşi təbiətin qorunmasına töhfə verib, eləcə də bir çox müxtəlif layihələr həyata keçirib.

Leyla Əliyeva qeyd edib ki, “Sülh kitabı” dərin məna daşıyan bir mesajı özündə ehtiva edir - sülh içində yaşamaq, hörmət görmək, başa düşülmək və qayğı ilə əhatə olunmaq.

BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos son illərin diplomatiya və beynəlxalq münasibətlər tarixində onun üçün yalnız iki müsbət xəbər olduğunu diqqətə çatdıraraq deyib:
 

"Birincisi, Cənubi Afrikada aparteid rejiminin sona çatmasıdır. İkincisi isə Prezident İlham Əliyevin dünənki çıxışında qeyd etdiyi və təşəbbüskarı olduğu Ermənistan ilə Azərbaycan arasındakı sülh müqaviləsidir”.


O bildirib ki, XXI əsr müharibə və münaqişələrin sonuncu əsri olmalıdır, müharibələrə son qoymalıyıq.

Sonra “Sülh Kitabı” konsepsiyası haqqında videoçarxın təqdimatı olub. Daha sonra ICESCO-nun Azərbaycandan, Qazaxıstandan, Mərakeşdən olan Sülh üzrə gənc səfirlərinin çıxışları dinlənilib.

Tədbirin sonunda 10 yaşlı xanəndə Rəsul Bağırovun ifasında musiqi proqramı təqdim edilib. Eləcə də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikə rəssam Mir Azər Abdullayevin “Qarabağa xoş gəlmişsiniz” əsəri hədiyyə olunub.

Qeyd edək ki, təqdim olunan nəşr Azərbaycanın sülhün təşviqində, dinlərarası və mədəniyyətlərarası həmrəyliyin möhkəmləndirilməsində rolunu, eləcə də ölkəmizin multikulturalizm modelinin beynəlxalq əhəmiyyətini işıqlandırır.

Kitabda İslam dünyasının müxtəlif ölkələrindən olan 29 gənc liderin məqalələri də yer alıb. Həmin gənclərin hər biri Azərbaycanda olub və ölkəmizin sülh, multikulturalizm, birgəyaşayış modelinə dair təəssüratlarını şəxsi təcrübələri əsasında bölüşür.

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 1
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 2
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 3
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 4
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 5
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 6
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 7
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 8
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 9
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 10
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 11
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 12
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 13
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 14
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO - foto 15

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

FİFA mundial biletlərindən milyardlar QAZANDI

FİFA mundial biletlərindən milyardlar QAZANDI

Bakıda məktəbdə jurnalistlərə hücum oldu - ANBAAN VİDEO

Bakıda məktəbdə jurnalistlərə hücum oldu - ANBAAN VİDEO

İlham Əliyev İspaniyaya başsağlığı verdi - FOTO

İlham Əliyev İspaniyaya başsağlığı verdi - FOTO

Vüsalə həmkarlarını TƏNQİD ETDİ

Vüsalə həmkarlarını TƏNQİD ETDİ

Türkiyə Moskva və Kiyevi mülki gəmilərə hücumları dayandırmağa ÇAĞIRDI

Türkiyə Moskva və Kiyevi mülki gəmilərə hücumları dayandırmağa ÇAĞIRDI

Göygöldə 62 yaşlı kişinin evində meyiti TAPILDI

Göygöldə 62 yaşlı kişinin evində meyiti TAPILDI

Niderland Ukraynaya 500 milyon avroluq hərbi yardım AYIRACAQ

Niderland Ukraynaya 500 milyon avroluq hərbi yardım AYIRACAQ

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

ABŞ Şimali Koreyaya İT sahəsindəki fırıldaqçılığa görə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Şimali Koreyaya İT sahəsindəki fırıldaqçılığa görə sanksiyalar TƏTBİQ ETDİ

Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO

Neymarın cəzası bəlli oldu

Neymarın cəzası bəlli oldu

Netanyahunun siyasi gələcəyini nə müəyyən edəcək? - İsraildə seçkidən sonrakı MƏNZƏRƏ

Netanyahunun siyasi gələcəyini nə müəyyən edəcək? - İsraildə seçkidən sonrakı MƏNZƏRƏ

Rusiya Ermənistandan açıq şəkildə üzr TƏLƏB ETDİ

Rusiya Ermənistandan açıq şəkildə üzr TƏLƏB ETDİ

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlanacaq

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

End of content

No more pages to load

RADİO