Dünya
Bu gün 00:36

“Avropada Rusiya ilə dialoqun vacibliyini anlayan şəxsləri dəstəkləmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qahr Störe ilə Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edərkən bildirib.
Peskov qeyd edib ki, Avropada Rusiya ilə dialoqun zəruriliyini anlayan siyasətçilər ortaya çıxırsa, bu, dəstəklənməlidir.
O, bəzi Avropa ölkələrinin Stubb və Störenin Putinlə telefon danışığına reaksiyasını isə “çox isterik” adlandırıb.
Bizim.Media