
Rusiya Ermənistanın Şirak vilayətinin rəhbərinin açıqlamaları ilə əlaqədar rəsmi İrəvandan açıq şəkildə üzr istəməyi tələb edib.
Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva Şirak vilayətinin qubernatoru David Aruşanyanın paylaşımına görə narazılığını bildirib.
Həmçinin erməni tərəfinə ruslara qarşı nifrət yaradan və iki xalq arasında çoxəsrlik dostluq ruhuna zidd olan bəyanatlarla bağlı nota təqdim edilib.
Qeyd edək ki, Aruşanyan sosial şəbəkə hesabındakı paylaşımında “Güclü Ermənistan” partiyasından olan rəqiblərini “qastrolçular” adlandırıb və “İvanlar” ifadəsini işlədib.
Diplomatik nümayəndəlikdə isə bildirilib ki, sonuncu ifadə İkinci Dünya müharibəsi dövründə alman nasistlərinin leksikasını xatırladır.
Bizim.Media