Dünya
Bu gün 23:07

Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin əməkdaşlarına hücum olub. Belə ki, oktyabrın 28-də həmin məktəbin 7-ci sinif şagirdi olan qız dərs zamanı pəncərədən yıxılıb.
Bizim.Media xəbər verir ki, telekanalın əməkdaşları hadisə ilə əlaqədar məktəbə gediblər.
Orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib.
Hadisə nəticəsində REAL TV-nin operatoru və stajoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Jurnalistlər dərhal DİN-in 102 xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslərə qarşı məsuliyyət tədbirləri görülür.
Bizim.Media