
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 10 fiziki şəxsə və bir təşkilata qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Sanksiyalar Şimali Koreya hökumətinin idarə etdiyi İT mütəxəssisləri şəbəkələrinin fəaliyyətində iştirakla əlaqələndirilir.
Qeyd olunur ki, həmin şəxslər ABŞ şirkətlərini aldadaraq Pxenyanın qanunsuz kütləvi qırğın silahları və ballistik raket proqramları üçün gəlir əldə edirlər.
Məlumata görə, Şimali Koreya İT mütəxəssislərinin kimliyini gizlətmək və onların ABŞ-də, eləcə də müttəfiq ölkələrdə fəaliyyət göstərən qanuni şirkətlərdə işə düzəlməsini təmin etmək üçün saxta sənədlərdən, oğurlanmış şəxsiyyət məlumatlarından və uydurma kimliklərdən istifadə etməyə davam edir.
Bizim.Media