Rüfət Nasosnu: “Azərbaycan incəsənətində rəqabət yoxdur, ədavət var”

“Tək meyxanada deyil, ümumiyyətlə Azərbaycan incəsənətində rəqabət yoxdur, ədavət var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu qonaq olduğu “El canlı” verilişində deyib. 

Sənətçi bildirib ki, həmkarları ilə toylara getsə də amma onlar heç zaman bunu heç yerdə deməyilər:  

“Meyxana aləmində beşlik var. İlk beşlikdə qalmamağımın səbəbi müəyyən məsələlərdir. O zamanlar ilk beşlikdə Rəşad Dağlı, Pərviz Bülbülə, Orxan Lökbatanlı, Vüqar Əbdülov... Təkəbbürlü çıxmasın o siyahıda mən də vardım. Biz ən azı 3 il sərasər toylara getmişik. Sonra bizlə yanaşı Ələkbər Yasamallı olub. Bunu danmaq olmaz... Belə də olurdu ki, üçümüz bir toya, ikimiz digər toya. Çox olurdu... Amma onlardan heç biri mənim adımı çəkməyib. Heç biri demirdi ki, Rüfətlə biz toya getmişik. Onun səbəbini də bilmirəm. Hərənin bəlkə də öz səbəbi və arqumenti var. Hərənin öz “kabinkası” və “kuzası” var”. 

Söz xiridarının sözlərinə görə, onun çox sayda dəyişmələrdə iştirak etməməsinin səbəbi təngənəfəsliyinin olmasıdır:  

“Xüsusi dəyişmələrdə mənim iştirak etməməyimin səbəbi orqanizmimdə olan problem idi. “Təb böhranı” deyil. Təb hər zaman üzərimdədir. Meyxanada mən heç zaman arxaya qalmamışam. Hamı bilirdi ki, mənim nəfəs almağımda problemim var. Bir də görürdün ki, meyxanaçılardan kimsə tez-tez meyxana deyirdilər. İki dənəyə çatdırırdım, amma üçüncüyə çatdıra bilmirdim. Məcbur olurdum oturan yerdə deyirdim. Ayaqüstə deyəndə isə nəfəsim çatmırdı, təngənəfəs olurdum. Ev yiyəsinə isə bu kimi şeylər maraqlı deyil. Onu nəticə maraqlandırır. Deyəcək ki, xəstəsən məclisimə gəlmə. Gəlmisənsə pul vermişəm meyxananı de. Mən də oturub meyxana deyirdim. Ən pisi isə odur ki, bəzi sənət yoldaşlarım bilərəkdən tez-tez “Sən meyxananı oturaraq deyirsən” deyirdilər. Bu isə ev yiyəsi və tamaşaçıda qıcıq yaradırdı”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

End of content

No more pages to load

RADİO