Təranə Səmədova qızını dilənçiliyə məcbur edib? - VİDEO

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. 

Bizim.Media xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində həmkarı haqqında sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirmək üçün Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadəni canlı yayıma qoşub. 

Tolik bildirib ki,  Təranə Səmədovanın iki qız övladı 13 yaşlı Suel və 7 aylıq Adel hazırda Azərbaycan uşaqlar birliyinin sığınacağına yerləşdirilib. 

Aparıcı həmçinin əlavə edib ki, müğənni Rəqsanə İsmayılova Təranənin qızlarını öz evində saxlayıb. 

Sözügedən faktı təqdiqləyən K. Ağazadə məsələ ilə bağlı bu açıqlamanı verib: 

“Bir neçə gün əvvəl qonşularımdan zəng gəldi. Onlar söylədilər ki, Təranə Səmədovanın uşaqları çox acınacaqlı vəziyyətdədir. Uşaqlar ananın şiddəti ilə qarşılaşıblar. Onlar küçədədirlər. Ilk olaraq qonşuların İcra Hakimiyyətinə müraciət etmələrinə istədim. Bu məsələ çox həssasdır. Burada mütləq həm hüquq mühafizə orqanları, həm İcra Hakimiyyəti, həmdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kompleks şəklində uşaqların müdafiəsini həyata keçirməlidir. Təranə barədə həbs qəti imkan tədbirləri seçildi. Rəqsanə isə uşaqları bir neçə günlük yanında saxladı”. 

Tolikin “Təranə evinin önündə qızı Sueli qucağında yeddi aylıq digər qızı Adel ilə dilənçiliyə məcbur edib?” sualına isə sığınacağın təsisçisi “Hazırda Suelin sığınacağımızda adaptasiya dövrü başlayıb. Onlar birinci gecəni bizdə keçirdilər. Hər şey qaydasındadır.

Suel ailəsində o qədər xoşaqəlməz hadisələrlə qarşılaşıb ki, bu sığınacaq onun üçün sanki, rahat mühütə çevrilib. Diqqət, qayğı görüb. Bu məsələ ilə bağlı qonşular da məlumat verib, eyni zamanda Suelin bəzi danışdıqları var. Amma bunlara hüquqi qiymət verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərini  dəvət edəcəyəm. Bizim psixoloq da Suel ilə ilkin söhbətlər aparıb. Bir neçə gündən sonra artıq uşağın vəziyyəti ilə bağlı açıqlama verəcəyəm. Bu gün onlar tibbi müayinədən keçməyə göndərildi. Yeddi aylıq Adeldə sağlamlığı və inkişafı ilə bağlı geriləməyi var. Bu problemi aradan qaldırmalıyıq. Qaldı ki, uşaqların gecə saatlarında küçədə olma faktı məsələsini Rəqsanə də mənə deyib” deyə cavab verib. 

Aparıcının “Şayiələr gəzir ki, güya Suel anasından imtina etmək istəyir. Rəqsanə isə mənə söylədi ki, Təranə həbs olunmazdan əvvəl beş gün narkoloji reabilitasiya mərkəzində müayinələrdə olub” sözlərinə K. Ağazadə belə münasibət bildirib: 

“Bəli bir məlumat var. Bizdə bu məsələ ilə bağlı adiyyatı dövlət qurumlara müraciət edəcəyik”. 

Verilişin gedişatında Tolik Suelin atası nağara ifaçısı Abbas Cəfərovun qızına aliment verilməsi ilə bağlı proqramda ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyevaya müraciət edib. Vəkil isə bu məsələdə onlara yardımçı olacağını dilə gətirib. 

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

End of content

No more pages to load

RADİO