Bundan sonra buraxılacaq manatın üzərində kimin İMZASI olacaq? - ARAŞDIRMA 

Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb. Eyni zamanda, 1 yeni Azərbaycan manatı 5 000 manata bərabər tutulmaqla denominasiya olunub.

Beynəlxalq ISO kodu 994 olan və 4 pilləli mühafizə sisteminə malik Azərbaycan manatı vahid konsepsiya əsasında hazırlanıb və dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilib. Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür edir.

2006-cı ildə buraxılan yeni pul nişanları, əvvəlkilərdən fərqli olaraq həm də öz üzərlərində Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin imzasını daşıyır. İndiyədək manatın üzərində 1995-ci ildən bəri AMB-nin sədri olmuş Elman Rüstəmovun imzası olub.
Bu yaxınlarda Elman Rüstəmovun vəzifəsindən azad edilməsi və AMB-nin sədri vəzifəsinə Taleh Kazımovun təyin edilməsi müəyyən suallar doğurub. Bu suallardan biri tədavülə yeni buraxılacaq əsginaslarda yeni sədrin imzasının olub-olmayacağıdır. Bəzi vətəndaşlar isə hətta daha da uzağa gedərək üzərində Elman Rüstəmovun imzası olan manat əsginaslarının etibarlı sayılıb-sayılmayacağı barədə suallar səsləndirirlər.

Bizim.Media xəbər verir ki, APA mövzu ilə bağlı araşdırma edib.

İmza məsələsində Avropa İttifaqının ümumi pul vahidi avroya nəzər salmaq lazımdır. 1999-cu il yanvarın 1-də təqdim edilmiş və 2002-ci ilin 1 yanvarından isə nağd əsginaslar kimi dövriyyəyə buraxılmış avronun dizaynının müəllifi Robert Kalina, həm də manatın dizaynının müəllifidir. Manat və avronun dizaynında hətta metal pulların müəyyən oxşarlığını bununla izah etmək olar.

Analoji olaraq avro əsginaslarının da hər birində Avropa Mərkəzi Bankının prezidentlərinin imzası həkk olunub.

Birinci seriyada - 2003-cü ilin noyabrından 2012-ci ilin martına qədər çap edilmiş əsginaslarda Avropa Mərkəzi Bankının ikinci prezidenti Jan-Klod Trişenin imzası var. 2012-ci ilin martından sonra çap edilən əsginaslarda bankın üçüncü prezidenti Mario Draqinin imzası yer alır.

2020-ci ildən etibarən isə yeni prezident Kristin Laqardın imzası tədricən dövriyyəyə daxil olan əsginaslarda görünməyə başlayıb.
Beləliklə, xarici təcrübəni və digər faktorları nəzərə alaraq bu qənaətə gəlmək olar ki, AMB-nin tədavülə buraxdığı yeni əsginaslarda bankın yeni sədri Taleh Kazımovun imzası olacaq. Manatın etibarlılığına gəldikdə, qanunvericiliyinə uyğun olaraq, Azərbaycan manatı ölkədə yeganə qanuni ödəniş vasitəsidir və mülkiyyət formasından asılı olmayaraq bütün idarələrdə, müəssisələrdə və təşkilatlarda heç bir məhdudiyyət qoyulmadan qəbul edilir.

Qeyd edilib ki, bu məsələ ilə bağlı AMB-dən bildirilib ki, rəsmi məlumat yaxın vaxtlarda təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB

End of content

No more pages to load

RADİO