“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

“Bir ekosistem”i ilə Xəzər Universiteti arasında tələbələrin inkişafına dəstək vermək, onları əmək bazarına hazırlamaq və universitet-biznes əməkdaşlığını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramları, mentorluq dəstəyi və peşəkar inkişaf təlimləri həyata keçiriləcək.

Bununla da tələbələr universitetdə qazandıqları bilikləri real iş mühitində tətbiq etmək, iş dünyasını daha yaxından tanımaq və gələcək karyeralarına daha hazırlıqlı başlamaq imkanı əldə edəcəklər.

Tədbirdə “Bir ekosistemi”nin rəsmi nümayəndəsi Fərid Hidayətzadə əmək bazarının ehtiyaclarına cavab verən peşəkarların hazırlanmasında universitetlə biznes arasında davamlı əməkdaşlığın vacib olduğunu vurğulayıb. “Biz inanırıq ki, yaxşı mütəxəssis auditoriyada formalaşmağa başlayır, iş həyatında isə inkişaf edir. Ona görə də biz ali məktəblərlə əməkdaşlığı təcrübə proqramı kimi yox, gələcəyin peşəkarlarına yatırım olaraq dəyərləndiririk.

Hazırda “Bir ekosistemi”ndə Xəzər Universitetinin 48 məzunu çalışır, onların 14-ü rəhbər vəzifələrdə fəaliyyət göstərir.

Bu statistika universitetdə formalaşan potensialın ən yaxşı göstəricilərindən biridir. İnanıram ki, əməkdaşlığımız daha çox potensiallı gənci əmək bazarına qazandıracaq”.

Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə bildirib ki, bu gün tələbələr üçün nəzəri bilik qədər real iş təcrübəsi də vacibdir. O qeyd edib ki, universitetlə biznes arasında qurulan əməkdaşlıqlar gənclərin iş dünyasını daha yaxından tanımasına, gələcək karyera seçimlərini daha inamla etməsinə və öz potensialını daha rahat reallaşdırmasına imkan yaradır. Rektor “Bir ekosistemi” ilə əməkdaşlığın tələbələr üçün yeni inkişaf və karyera imkanları açacağına əminliyini ifadə edib.

Qeyd edək ki, “Bir ekosistemi” gənclərin peşəkar inkişafına yönələn layihələri davamlı olaraq həyata keçirir. Hazırda ekosistem bu istiqamətdə 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və bu günədək 2700-dən çox tələbə müxtəlif təcrübə proqramlarında iştirak edib. Məqsəd gənclərin real iş mühitini daha yaxından tanımasına, praktik təcrübə qazanmasına və gələcək karyeralarına daha hazırlıqlı başlamasına imkan yaratmaqdır.

“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də “Trendyol Azərbaycan” və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Rusiyada alma qıtlığı YARANDI

Rusiyada alma qıtlığı YARANDI

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri AÇIQLANDI

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

İstifadə olunmayan qatar biletini başqasına satmaq olar? – ADY-dən AÇIQLAMA

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

Ötən ay neçə aptekdə nöqsanlar aşkarlanıb?

End of content

No more pages to load

RADİO