Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

"Səhiyyə sisteminin dayanıqlığı və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti birbaşa kadrların peşəkarlığından, məsuliyyətindən, motivasiyasından və işgüzarlığından asılıdır. Bu mənada əməkhaqqının artırılması təkcə işçilərin sosial müdafiəsi və əmək hüquqları baxımından deyil, həm də Azərbaycanda əhalinin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir".

Bizim.Media xəbər verir ki, bunu “unikal.az"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib. 

O bildirib ki, əməkhaqlarının artırılması TƏBİB sistemində aparılan islahatların tərkib hissəsidir, digər islahatlar da aparılmalıdır və aparılacaqdır. 

"Heç şübhəsiz ki, tibbi xidmətin keyfiyyətinin artırılması təkcə əməkhaqqının artırılmasından asılı deyil. Söhbət əməkhaqqının həm də diferensial qaydada artırılmasından ibarətdir və burada təxminən 4 istiqamət nəzərə alınmalıdır. Həkimin və yaxud orta tibb işçisinin sabit əməkhaqqı. Bu, ümumi əməkhaqqının təxminən 60-65%-ni təşkil etməlidir. Bu, işçinin təminatına dövlət zəmanətidir.

Digər 35-40%-lik hissə isə işçinin qəbul etdiyi xəstələrin sayı, tibbi xidmətin keyfiyyəti, tibbi xidmətin nəticəsi, xəstə məmunluğu və həkimin (və ya orta tibb işçisinin) peşə hazırlığı, öz biliyini, savadını artırmaq istiqamətindəki fəaliyyətinin qiymətləndirilməsi nəticəsində verilə bilər.

Əməkhaqqının artırılması sadəcə bir rəqəm dəyişikliyi deyil, bu, islahatların tərkib hissəsidir və əsas məqsəd burada tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək amillərin artması, motivasiyanın güclənməsi və iş yerlərində, eyni zamanda, əmək intizamının möhkəmlənməsinə xidmət edəcəkdir.

İş yerində müvafiq əmək şəraitinin yaradılması tibbi xidmətin yüksəlməsinə müsbət təsir göstərəcək.

Tutaq ki, həkimin, tibb işçisinin əməkhaqqı yuxarıdır, amma onun lazımi iş şəraiti yoxdur, daim orada stres şəraiti var, gərginlik var, normal psixoloji-işgüzar mühit yoxdur və yaxud ki, lazımi müasir avadanlıqlar yoxdur, xəstələri qəbul etmək və yaxud müayinələr aparmaq üçün uzun növbələr var. Bu da tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Yəqin ki, islahatlar dövründə bu problemlər də TƏBİB-in nəzərindədir və bunlar da aradan qalxacaqdır.

Bütövlükdə, bu islahatlar yəqin ki, davamlı olacaq və gələcəkdə eyni şəkildə maaş artımlarını biz həm də dövlət sektorunda, yəni, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, səhiyyədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində və digər sahələrdə çalışan tibb işçilərinin əməkhaqqılarında görəcəyik. TƏBİB sahəsində çalışan işçilərin əməkhaqqının artması şübhəsiz ki, özəl tibb sektorunda da əməkhaqqı siyasətinə daha aktual baxılmasına öz müsbət təsirini göstərəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

Şəkinin bəzi kəndlərində qaz olmayacaq

“Zirə” afrikalı futbolçu transfer etdi

“Zirə” afrikalı futbolçu transfer etdi

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

ABŞ-nin hücumları nəticəsində İranın 6 hərbçisi öldürülüb

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

AQTA 79 ərzaq bazarında yoxlama keçirdi - FOTO

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Birinci sinfə elektron qəbul BAŞA ÇATDI

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Qaçırdığı qızla günlərlə maşında gecələdi - Həbs edilən var

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

Azərbaycanda bu şəxslərin də maaşı arta bilər

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

6 basketbolçumuz karyerasını ABŞ-da davam etdirəcək - FOTO

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Şuşa qayalarını "xatirə dəftəri"nə çevirən şəxslər CƏZALANDIRILDI

Berluskoninin rekordunu yenilədi

Berluskoninin rekordunu yenilədi

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatdı - Bəyanat qəbul edildi - FOTO

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

İki cüdoçumuz Avropa çempionatının FİNALINDA

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Robert Köçəryan təkadamlıq kamerada – Oğlundan AÇIQLAMA - FOTO

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Sumqayıt xəstəxanasında əlbəyaxa dava – Video

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə MÜRACİƏT ETDİ

Rusiyada alma qıtlığı YARANDI

Rusiyada alma qıtlığı YARANDI

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Avstraliyadakı tələbəmizin təhsili yarımçıq qalacaq?- Rəsmi cavab

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Azərbaycanlı müğənni Moskvada qəzaya düşdü – VİDEO

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Mbappeni oğurlamaq istəyən 18 yaşlı yeniyetmə saxlanıldı

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi BİLİNDİ

End of content

No more pages to load

RADİO