Qaradağ Günəş Elektrik Stansiyası ölkəmizə NƏ QAZANDIRACAQ? – AÇIQLAMA 

Oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücünə malik Qaradağ Günəş Elektrik Stansiyasının (Qaradağ GES) rəsmi açılış mərasimi olub.

Açılışda çıxış edən dövlətimizin başçısı, GES-nın əhəmiyyəti barəsində geniş məlumat verib və Azərbaycanın xarici investisiyalar üçün çox açıq ölkə olduğunu bildirib: 

“Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür”.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış MƏRASİMİNDƏ - YENİLƏNİB/FOTO/VİDEO 


Bəs, Qaradağ GES ölkəmizin enerji potensialına hansı töhfə verə bilər?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media fikirlərini açıqlayan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban GES-in əhəmiyyəti barədə danışıb: 

“Azərbaycanda 2009-cu ildə dövlət səviyyəsində Bərpaolunan və Alternativ Enerji Agentliyini yaratdı. 2018-ci ildən isə Energetika Nazirliyinə Prezident İlham Əliyev tərəfindən bu sahədə ciddi dönüşün edilməsi ilə bağlı tapşırıq verildi. Digər tapşırıq isə bu sahəyə özəl kapitalın və qabaqcıl texnologiyaların cəlb edilməsi ilə bağlı oldu. Ona görə ki, ötən dövr bizə öz gücümüzə heç nə edə bilmədiyimizi göstərdi”. 

Onun sözlərinə görə, aparılan danışıqlar çox ağır olsa da, ölkəmizdə ilk dəfə iri alternativ enerji mənbəyi stansiyası istifadəyə verildi: 

“Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Əgər günəşli günlər çox olarsa, bundan da çox enerji əldə edə bilərik. Yəni, bu günə qədər istehsal etdiyimiz günəş enerjisindən təqribən 7-8 dəfə olacaq. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb”. 

Bu stansiyanın alternativ enerjinin əldə edilməsi istiqamətində atılan ilk addım olduğunu söyləyən müsahibimiz, gələn il Xızı rayonunda da eyni gücdə külək elektrik stansiyasının tikintisinə start veriləcəyini diqqətə çatdırıb:

“Onu isə Səudiyyə Ərəbistanının “Aqua Power” şirkəti tərəfindən tikilərək istifadəyə veriləcək. Bu iki stansiya Azərbaycana ümumilikdə 1 milyard kV/saat elektrik enerjisi istehsal gücündə olacaq. Bunlar da bütövlükdə dövlətimizin prioritetlərindən olan yaşıl enerji siyasətinin başlanğıcıdır. Hətta Naxçıvanda və Biləsuvarda “Mastar” şirkəti ilə birlikdə daha iki günəş və külək elektrik stansiyalarının tikilməsi ilə bağlı razılıq əldə edilib”. 

Zaman keçdikcə bu istiqamətdə işlərin davam edəcəyini bildirən İ.Şaban yeni stansiyaların sayı və istehsal edəcəkləri alternativ enerjinin həcminin artacağını da vurğulayıb: 

“Bu da ilk növbədə elektrik enerjisinin istifadəsində əsas yanacaq kimi istifadə etdiyimiz təbii qazın azalmasına gətirib çıxaracaq. Bunun da nəticəsində də qazdan ya sənaye, ya da ixrac istiqamətində istifadə etmək imkanı əldə ediləcək”.

Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır.

Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

End of content

No more pages to load

RADİO