BƏDBİN PROQNOZ: Bu məhsulların qiyməti BAHALAŞACAQ

“Əksər kənd təsərrüfatı məhsullarının mövsümü artıq başa çatıb. Hazırda çox az meyvə və bəzi tərəvəzlərin mövsümü davam edir. Bu məhsulları çıxmaq şərti ilə qalan bütün ərzaq məhsullarının qiymətləri yaxın zamanda qalxacaq”.

Bahalaşma təkcə mövsümlə bağlı deyil 

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, qiymət artımı təkcə mövsümlə bağlı deyil:
 

MÖVZU İLƏ BAĞLI:

İranın bəzi şirkətlərinin Azərbaycana kartof gətirməsinə qadağa qoyulub


“Bu məsələdə xarici faktor da xüsusi rol oynayır. Məsələn, artıq üçüncü həftədir ki, dünya bazarında ərzaqlıq buğdanın qiyməti artır. Bu da səbəbsiz deyil. Bu mövsümdə Rusiyada əvvəlki illə müqayisədə 15 milyon ton az taxıl istehsal olunub. Rusiyada taxıl istehsalı ötən il 150 milyon ton idisə, bu il cəmi 135 milyon ton taxıl tədarük edilib. Bununda 95 milyon tonu ərzaqlıq buğdadır.

Yəqin ki, bunun yarısı ixrac olunacaq. Biz də ərzaqlıq buğdanı əsasən Rusiyadan alırıq. Rusiyada istehsalın azalması o deməkdir ki, aldığımız buğdanın qiyməti artacaq. Bu da öz növbəsində unun və çörəyin qiymətinə təsir edəcək. Yəni unun, ola bilsin ki, çörəyin də qiyməti qalxacaq”.

Hansı məhsullar bahalaşacaq?

Akif Nəsirli onu da qeyd edib ki, yaxın günlərdə biz soğan-kartof və digər zəruri tərəvəz məhsullarının qiymətində artım görəcəyik:

“Ümumiyyətlə, dünya bazarında ərzaq məhsullarının bahalaşması meyilləri müşahidə edilir. Bu da onu deməyə əsas verir ki, idxal olunan bir sıra ərzaq məhsulları bahalaşacaq. Yəni yerli məhsullar mövsüm bitdiyinə görə, idxal edilən məhsullar isə dünyada baş verən qiymət artımına görə bahalaşacaq. 

Əsas qida məhsulu olan heyvan ətinin qiyməti də yeni ilə qədər bahalaşmaqda davam edəcək. Bu da yerli istehsalın azalması ilə bağlı məsələdir. Çox təəssüf ki, ilbəil heyvandarlıqda istehsal tempi aşağı düşür”. 

Müsahibimiz bəzi məhsulların qiymətinin enəcəyin, bəzilərininsə sabit qalacağının anonsunu verib:

“Yalnız “ikinci  çörək” hesab edilən düyü gələn həftədən etibarən ucuzlaşacaq. Bu da əsas düyü ixracatçısı olan Hindistanın ixraca qoyduğu embarqonun qaldırılması ilə bağlıdır. Quş əti və yumurtanın da qiymətinin stabil qalma ehtimalı böyükdür. Çünki bu sahədə təlabət əsasən yerli istehsal hesabına ödənilir. Ona görə də quşçuluq məhsullarının qiymətində artım ehtimalı çox aşağıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

End of content

No more pages to load

RADİO