Hansı banklara əmanət yatırmaq SƏRFƏLİ DEYİL? – ARAŞDIRMA

Kapital Bankda "Müddətli depozit"lərin faiz dərəcəsi dollar valyutasi ilə 0.1 faizdən 3.5 faizə qədər artırılıb. “Müddətli depozit” ilə 500 dollardan başlayan istənilən məbləği 12 aydan 36 ayadək müddətə banka yerləşdirərək çoxaltmaq mümkündür.

Bəs digər banklarda vəziyyət necədir?

Bizim.Media suala cavab tapmaq üçün digər kommersiya banklarının əmanət şərtlərini araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Batan banklardakı əmanətləri kim GERİ QAYTARACAQ? – AÇIQLAMA 


“Access Bank” ASC

Bu bankda “manatla olan müddətli depozitin illik faiz dərəcəsi 10.7 faiz, faiz gəliri isə 2140 manat təşkil edir. Depozit üçün minimum 50, maksimum 100 000 min manat tələb olunur, müddəti isə 6-24 ay arasında dəyişir. 

Əgər bir şəxs 24 ay müddəti üçün 40 000 manatlıq depozit yatırmaq istəyirsə, o zaman illik 10.7 faizlə 8560 manat gəlir əldə edəcək. Yaxud 20 000 manatlıq depozitlə kifayətlənmək istəyirsə, o zaman eyni faiz dərəcəsi və eyni müddətlə gəliri 4280 manat olacaq. 

Qeyd edək ki, “Access Bank”ın müddətli depozitləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.  

“Yelo Bank” ASC 

Bank müştəriləri üçün iki depozit növü təklif edir. Bunlardan biri olan “Yelo sabit” depoziti üzrə müştəri gəlir əldə etməklə yanaşı, istəyinə görə faizləri hər ay və ya müddətin sonunda ala bilər. Faizləri aylıq əldə etmək istəyən müştərilərə plastik kart bank tərəfindən hədiyyə edilir. 

Belə ki, bu bankda həm dollarla həm də manatla depozit qoymaq mümkündür. Müddəti 12-24 ay arasında dəyişir. Faizlərin ödənişi aylıq və ya müddətin sonunda həyata keçirilir. Əmanətlərin sayında heç bir məhdudiyyət qoyulmayıb və üstəlik aylıq faizlərin alınması üçün kart hədiyyə verilir. 

“Yelo Bank”ın başqa bir təklif paketi “Yelo yığım” adlanır. Bu paketdə 100-300 000 manat arasında əmanət qoymaq mümkündür. Hətta dollarla da depozit yatırmaq mümkündür. 

Manatla olan depozitin müddəti 12 aydır və aylıq ödənişlər 8 faizdən başlayır. Əgər müştəri 50 000 manatlıq əmanət yatırırsa və müddət 12 aylıqdırsa, illik faiz dərəcəsi ilə hər ay 333 manat faiz gəliri əldə edəcək. Dollarla olan əmanətlərin aylıq ödənişi 1 faizdən başlayır. Müddətin sonunda isə bu 1.25 faizlik ödənişə çevrilir. 

Qeyd edək ki, hər iki paketdə 3 aya qədər 50 manatlıq və ya dollarlıq minimal əlavə etmək,  o cümlədən müddəti avtomatik artırmaq mümkündür. Sığortalanma prosesi isə əmanət açılarkən olan qaydalara uyğun həyata keçirilir. Əgər məbləğ 300 000 manat olarsa, o zaman, hər biri 100 000 manat olmaqla vəsaiti 3 yerə ayırmaq mümkündür.

“Bank Respublika” ASC

Öz müştərilərinə iki əmanət növü təklif edir. “Faydalı Yığım” adlanan növdə həm kiçik məbləğlə əmanət açmaq, həm də daha sonra aylıq əlavələr etməklə həmin məbləği artırmaq mümkündür. Müştəri öz istəyindən asılı olaraq həm manatla, həm də dollarla yatırım edə bilər.

Bununla yanaşı, həm ilk məbləğə, həm əlavə yatırımlara faizlər hesablanır, həm də sonda faizlərdən əlavə “faydalı bonus” qazanmaq imkanı da yaradılır. 

Belə ki, əmanətin müddəti 6-36 ay arasında dəyişir. Faizlərin ödənilməsi isə yalnız müddətin sonunda baş tutur. İlkin əmanət məbləği 50 manatdan və ya dollardan başlayır. Yatırım məbləği aylıq minimum 10 AZN/USD, maksimum 5 000 AZN/USD təşkil edir. Bank 90 günə qədər əmanətin artırılmasına imkan tanıyır. Əmanətlər isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.  

“Müddətli əmanət” adlanan paketdə əmanətin maksimum müddəti 36 ay, manatla maksimum qazanc 10 faiz, dollarla isə 3.0 faiz təşkil edir. 

“Azərbaycan Beynəlxalq Bankı” ASC

Öz müştərilərinə “Klassik əmanət” adlı paket təklif edir. Bu paketdə minimum məbləğ 500 AZN/USD təşkil edir və müddəti 1-3 il arasında dəyişir. Faizlər iki dəfə - ayın və ya ilin sonunda hesablanır. Əmanət məbləğinin artırılması isə nəzərdə tutulmur. Ancaq müddətin uzadılması əmanət müddəti bitdikdə həmin tarixə qüvvədə olan şərtlərlə avtomatik həyata keçirilir. 

Əmanətlər 12-36 arasında ödənilir. 

Bildirək ki, bu bankda əmanətlər aşağıdakı şərtlərə sığortalanır:

- 2 mart 2016-cı il tarixindən əvvəl: məbləği 30 000 manatadək - illik faiz dərəcəsi milli valyutada 15 %-dək, xarici valyutada 12%-dək olan əmanətlər sığortalanır.

- 2 mart 2016-cı il tarixindən 1 iyul 2019-cu il tarixədək: illik faiz dərəcəsi xarici valyutada 3%-dək və milli valyutada – 15%-dək olan əmanətlər tam şəkildə sığortalanır.

- 1 iyul 2019-cu il tarixindən 1 iyun 2020-ci il tarixindək: illik faiz dərəcəsi xarici valyutada 2.5%-dək və milli valyutada – 10%-dək olan əmanətlər tam şəkildə sığortalanır.

- 1 iyun 2020-ci il tarixindən: illik faiz dərəcəsi xarici valyutada 2.5%-dək və milli valyutada – 12%-dək olan əmanətlər tam şəkildə sığortalanır.

- 18 dekabr 2020-ci il tarixində qüvvəyə minmiş müvafiq qanunvericiliyə əsasən, 5 aprel 2021-ci il tarixindən  hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində (100 min manatdan çox olmamaq şərtilə) kompensasiya ödənilir.  

“Paşa Bank” ASC

Öz müştərilərinə təklif etdiyi “Müddətli depozit” paketində 3 valyuta ilə - AZN, EURO və USD yatırım etmək mümkündür. Minimal məbləğ 20 000 manatdan, hətta dollar və avrodan başlayır. Müddəti 1 aydan 36 aya kimidir. Faiz dərəcəsi depozitin valyutası, müddəti və faizlərin alınması sxemindən asılı olaraq müştəri ilə fərdi razılaşma əsasında təyin edilir.

Faizlərin ödənişi isə müştərinin seçiminə əsasən hesablanır, aylıq, rüblük və ya müddətin sonunda müştərinin cari hesabına köçürülür. Əgər müştəri vaxtından əvvəl depozitin tam məbləğini və ya onun bir hissəsini geri götürərsə, müqaviləyə xitam verilir.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

End of content

No more pages to load

RADİO