Dolunun yaratdığı FƏSADLAR – Hansı məhsulların qiyməti BAHALAŞACAQ?

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 18-də Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba və Goranboya dolu düşüb, leysan xarakterli yağış yağıb.

Məlumata görə, saat 15:13 radələrində Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib. Saat 15:10 radələrində Ağdam rayonu Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm olan dolu düşüb.

Əksər rayonlara yağan dolu məhsuldarlığa, dolayısıyla kənd təsərrüfatı məhsullarının qiymətlərinə necə təsir edəcək?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, yağan dolu taxıl istehsalı üzrə məhsuldarlığa müəyyən dərəcədə mənfi təsir göstərəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda dolu avtomobillərə, dam örtüklərinə və meyvə ağaclarına ziyan vurdu - VİDEO


“Hazırda birillik bitkilər sürətli inkişaf fazasındadır. Hətta bəziləri bar verməyə başlayıb. Bu mənada yağan yağış meyvə və bostan, tərəvəz bitkilərinə o qədər də təsir etmir. Amma dolunın məhsuldarlığa ciddi təsiri ola bilər. Dolu əsasən də taxıla daha ciddi təsir göstərir. Taxıl yığımına start verilib. Yağan dolu və yağış nəticəsində taxıl sürətlə tökülür, alaq otlarının inkişafına münbit şərait yaranır. Nəticədə taxıl biçini zamanı məhsuldarlıq aşağı düşür. 

Yəni yağan leysan və dolu bir tərəfdən sünbülə təsir edir, digər tərəfdən də alaq otları taxıl biçiminə maneə olur. Nəticədə məhsuldarlıq aşağı düşür. Bu mənada deyə bilərik ki, son günlər yağan leysan və dolu əsasən taxıl sahələrinə ziyan vurub”. 

Amma ekspertə görə, bu hadisə taxılın qiymətinə ciddi təsir etməyəcək:

“Ölkədə taxıla olan tələbatın maksimum 40 faizi yerli istehsal hesabına təmin edilir. Onun nəticəsidir ki, Azərbaycan taxılın əsas hissəsini xaricdən idxal edir. Ona görə də dolu nəticəsində məhsuldarlığın aşağı düşməsi gözlənilsə də, bu hal taxıl və taxıl məhsullarının qiymətinə hər hansı bir təsir göstərməyəcək. Çünki dolunun taxıla vurduğu təsirləri idxal kompensasiya edir. Baş vermiş təbiət hadisəsi çörək və taxılın qiymətinə təsir etməyəcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

End of content

No more pages to load

RADİO