Avqustun 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gün ərzində ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan isə 6 cinayətin açılması təmin edilib.
Axtarışda olan ümumilikdə 128 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan daha 3 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılıb.
Polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Ümumi çəkisi 30 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bundan başqa, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 qumbara, 4 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 4363 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Bizim.Media