RONALDO Corcina ilə tanışlığından danışdı

Kriştiano Ronaldo həyat yoldaşı Corcina Rodriqeslə ilk tanışlığından və münasibətlərinin necə başladığından danışıb.

Bizim.Media “lent.az”a istinadən bildirir ki, onların tanışlığı 2016-cı ilin avqustunda Madriddəki "Gucci" mağazasında başlayıb.

Həmin vaxt Corcina Rodriqes mağazada satıcı işləyirmiş. Maraqlıdır ki, həmin gün əslində işdə olmamalı imiş. O, rəfiqəsini əvəz etmək üçün növbəyə çıxıb.

Elə həmin gün Ronaldo 6 yaşlı oğlu Ronaldo Juniorla birlikdə mağazaya daxil olub. Futbolçu ilk görüşü xatırlayaraq əvvəlcə Corcinaya arxası tərəf dayandığını, daha sonra çevrilərək onu gördüyünü bildirib. Ronaldo həmin anı yuxuya bənzədib.

"O, həyatımın sevgisidir. Ümid edirəm ki, mən də onun həyatının sevgisiyəm", - Ronaldo deyib.

Corcina isə onların qarşılaşmasını təsadüf yox, tale hesab etdiyini bildirib. Onun sözlərinə görə, həmin gün iş yoldaşını əvəz etməsəydi, Ronaldo ilə yolları kəsişməyə bilərdi.
 

İlk görüşdən sonra cütlük zaman-zaman yenidən qarşılaşıb və münasibətləri inkişaf etməyə başlayıb. 2017-ci ilin yanvarında Corcina ilk dəfə Ronaldo ilə birlikdə rəsmi tədbirdə görüntülənib. Həmin ilin mayında isə futbolçu sosial şəbəkədə birgə fotolarını paylaşaraq münasibətlərini ictimailəşdirib.


Tanışlıqlarından 10 il sonra, avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində evlərində təşkil olunan qapalı mərasimlə nikahlarını rəsmiləşdiriblər. Toy mərasimində onların beş övladı da iştirak edib.

Corcina toy üçün ağ "Gucci" kostyumu seçib. Bu seçim onların sevgi hekayəsinin məhz "Gucci" mağazasında başlamasına xüsusi işarə kimi qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

End of content

No more pages to load

RADİO