68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

Avqustun 19-da Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yeni mənzillər təqdim edilib.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamında qeyd edildiyi kimi, Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün daha 68 mənzil ayrılıb.
 

Mənzillərin təqdim edilməsi mərasimlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, həmçinin şəhər və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.


Tədbirlərdə bildirilib ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb.

Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində sosial müdafiə tədbirləri, o cümlədən mənzil təminatı proqramı ardıcıl şəkildə genişləndirilib. Zəfərlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə proqramın miqyası beş dəfə artırılıb. Postmüharibə dövründə 7300, ümumilikdə isə indiyədək 16 mindən çox mənzil şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
 

Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Avqustun 19-da daha 68 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxs yeni mənzillə təmin olunub. Ümumilikdə isə ötən dövrdə muxtar respublikada bu kateqoriyadan olan vətəndaşlara 400-dək mənzil təqdim edilib.


Təqdim olunan mənzillərin 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda, digər mənzillər isə Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarında inşa edilmiş yeni çoxmənzilli yaşayış binalarında yerləşir.

Mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən diqqət və qayğıya, onlar üçün həyata keçirilən sosial dəstək tədbirlərinə və yeni mənzillərlə təmin olunmalarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

End of content

No more pages to load

RADİO