Ukrayna prezident ofisi rəhbərinin keçmiş müavini İrina Mudraya saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz "Telegram" kanalında məlumat verib.
"Hazırda o (Mudraya – red.), NABU-da (Milli Antikorrupsiya Bürosu) istintaq hərəkətlərindədir. Bu gecəni müvəqqəti saxlama təcridxanasında keçirəcək", – deyə parlamentari yazıb.
Qeyd edək ki, bir neçə saat əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Mudrayanı ofis rəhbərinin müavini vəzifəsindən azad etmişdi.
Bizim.Media