Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda anasını döyən oğul həbs olunub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Məlumata görə, 41 yaşlı Yusif Rzayev (şərti adla) yaşadıqları evin həyətində yemək yeyib və spirtli içki içib. Bu zaman toyuqlar stolun üstünə çıxaraq, çörək qırıntılarını yeyiblər. Bu da Yusifi acıqlandırıb və o, toyuqları söyərək, qovmağa başlayıb. Onun hərəkətini görən anası, 73 yaşlı Nəzakət Rzayeva (şərti adla) “niyə toyuqları söyürsən? Onların ətini, yumurtasını yeyirsən” deyə oğluna irad bildirib. Bu irad isə ana ilə oğul arasında əməlli mübahisəyə çevrilib.
 

Nəzakət mübahisə çox da böyüməsin deyə evin birinci mərtəbəsinə otağa keçib. Lakin Yusif də anasının ardınca otağa girib və onların söz davası burada davam edib. Yusifin sözlərinə görə, anası ilk olaraq, stəkanı ona atıb və o, alnından xəsarət alıb. Bundan hiddətləndiyi üçün anasını şillə və təpik zərbələri ilə döyüb.


Zərərçəkənin şikayəti əsasında Yusif Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs yekun olaraq, əməlindən peşman olmadığını və özünü müdafiə məqsədilə bu hərəkəti törətdiyini deyib. Onun sözlərinə görə, ikinci dəfə ailə qurub və ümumilikdə 3 uşağı var.

Zərərçəkmiş Nəzakət Rzayeva isə oğlunun spirtli içki aludəçisi olduğunu və buna görə də tez-tez aralarında dava-dalaş olduğunu bildirib. Onun sözlərinə görə, hətta Yusifin ailəsini də öz təqaüdü ilə dolandırır. N. Rzayeva oğlundan şikayətçi olduğunu və məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Y. Rzayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

End of content

No more pages to load

RADİO