Dünən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ-nin “yeni ərazisi” adlandırmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı, Rzayi “X” hesabında paylaşım edib.
“ABŞ-nin Hörmüz boğazını açmaq iqtidarında olmaması ilə boğazın ona məxsus olduğunu iddia etməsi arasındakı fərq Vaşinqtonla Hörmüz boğazı arasındakı 7 min millik məsafədən belə böyükdür. Fars körfəzində Amerika hegemonluğu sonrası dövr başlayıb”, - deyə Rzayi yazıb.

Bizim.Media