İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

Gənclərin əmək bazarına daxil olarkən əsas diqqəti yalnız yüksək maaşa deyil, təcrübə qazanmağa və gələcək karyera imkanlarına yönəltməsi vacibdir. İlk iş mərhələsində əldə olunan bacarıqlar və real iş təcrübəsi sonrakı karyera üçün mühüm rol oynayır.

Bizim.Media xəbər verir ki, İnsan Resursları üzrə ekspert İlkin Məcidov “Yeni Sabah”a açıqlamasında bildirib ki, gənclərin əmək bazarında əsas problemlərindən biri gözləntilərlə reallıq arasındakı fərqdir.

Ekspertin sözlərinə görə, bəzi gənclər universiteti bitirdikdən dərhal sonra yüksək maaş, rahat iş qrafiki və sürətli karyera yüksəlişi gözləsələr də, işəgötürənlər təcrübə, praktiki bacarıq, xarici dil, rəqəmsal savadlılıq, məsuliyyət və nəticə tələb edirlər. 
 

“Əmək bazarında diplom başlanğıc nöqtəsidir, son nəticə deyil. Gəncin bazar dəyərini müəyyən edən əsas amillərdən biri onun nəyi bacardığı və həmin bacarığı real işdə necə tətbiq edə bilməsidir”, - deyə ekspert vurğulayıb.


İ.Məcidov qeyd edib ki, informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, data analitikası, maliyyə və bank sektoru, mühəndislik, logistika və təchizat zənciri, layihələrin idarə olunması kimi sahələr gəlir baxımından daha perspektivli istiqamətlər sırasındadır.

Lakin ekspert bildirib ki, yüksək maaş potensialı olan sahədə işə başlamağın asan olması demək deyil:

“Məsələn, İT sektorunda gəlir imkanları yüksəkdir. Amma bu sahəyə yeni daxil olan şəxsdən ciddi texniki bilik və praktiki bacarıqlar tələb olunur. Ona görə də gənclər yalnız “ən çox maaş verilən peşə”ni deyil, əmək bazarında tələbat olan və öz bacarıqlarına uyğun sahəni seçməlidirlər”.

Onun sözlərinə görə, gəncin yalnız diplomunda qeyd olunan ixtisas üzrə vakansiya gözləməsi də işə qəbul prosesini uzada bilər.
 

“Məsələn, iqtisadiyyat ixtisasını bitirən şəxs yalnız iqtisadçı vəzifəsinə deyil, maliyyə, mühasibatlıq, bank, satınalma, satış analitikası və digər əlaqəli istiqamətlərə də müraciət edə bilər. Burada əsas prinsip “istədiyim iş”lə “başlaya biləcəyim iş” arasındakı fərqi düzgün müəyyən etməkdir”, - deyə ekspert bildirib.


İ.Məcidov hesab edir ki, ilk işə başlayan gənc iş intizamı, vaxtında işə gəlmək, tapşırıqları yerinə yetirmək, komanda ilə işləmək, məsuliyyət daşımaq, öyrənmək və nəticə göstərmək kimi tələblərə hazır olmalıdır.

Ekspert ilk iş zamanı yalnız maaşa fokuslanmağın da düzgün olmadığını bildirib:

“Gənc özünə sual verməlidir: burada nə öyrənəcəyəm, kimdən öyrənəcəyəm, mənə real məsuliyyət veriləcəkmi, bir ildən sonra CV-də hansı yeni təcrübələr olacaq, karyera yüksəlişi mümkündürmü və əmək münasibətləri rəsmiləşdirilirmi?”

Onun sözlərinə görə, başlanğıcda 700-800 manat maaşla real təcrübə qazandıran iş uzunmüddətli perspektivdə 1000 manat maaş verən, lakin inkişaf imkanı olmayan işdən daha faydalı ola bilər.

“Əsas sual bu olmalıdır: bu işdə bir ildən sonra mən bugünkündən daha dəyərli mütəxəssis olacağammı?”, - deyə İ.Məcidov qeyd edib.
 

Ekspert karyeranın ilk mərhələsində çətin tapşırıqlara, tənqid və geribildirimə, əlavə öyrənməyə, başlanğıc maaşının gözləntidən aşağı olmasına və monoton işlərin müəyyən hissəsinə dözümlü yanaşmağın normal olduğunu bildirib.


Bununla yanaşı, o vurğulayıb ki, karyera qurmaq naminə gənclər öz hüquqlarından imtina etməməlidirlər.

“Gənc əmək münasibətlərində sistemli şəkildə hörmətsizliyə, əməkhaqqının ödənilməməsinə, qanunsuz tələblərə, ayrı-seçkiliyə, təhlükəli iş şəraitinə və şəxsi sərhədlərin davamlı pozulmasına razı olmamalıdır. Karyera qurmaq üçün çətinliyə dözmək lazımdır, amma istismara dözmək lazım deyil”, - deyə ekspert bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

ŞUŞA YOLU qlobal mükafat qazandı

ŞUŞA YOLU qlobal mükafat qazandı

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

End of content

No more pages to load

RADİO