Jurnalistlər də MİDA-dan ev ala BİLƏCƏK - ŞƏRTLƏR 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib.

MİDA-dan Bizim.Media-ya verilən məlumata görə, müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan “ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” və yaşından və ailə vəziyyətindən asılı olmayaraq “ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara uyğun olan jurnalistlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir.

Sənədlərin siyahısı ilə www.mida.gov.az internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür. 

Həmin şəxslər 19.06.2023-cü il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. 

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1  saylı "ASAN Kommunal" mərkəzi, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində, habelə 1 saylı Sumqayıt və 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzlərində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir.
Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

Zelenskinin vəzifəsindən azad etdiyi İrina Mudraya saxlanıldı

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

End of content

No more pages to load

RADİO