“Azərbaycan Mərkəzi Bankının elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında “Brexit”x9dlə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır”x9d.
Bu barədə xa0Mərkəzi Bankdan bildirilib.
Ölkənin əsas bankı qeyd edir ki, xarici valyuta bazarındakı tələb-təklif nisbətinə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin də ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir.