"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının ikinci turunun oyununda "Əl-Riyad" klubuna qalib gəlib.
Bizim.Media bu barədə “Reuters”ə istinadla xəbər verir.
Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda baş tutan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Kriştianu Ronaldo ikinci hissənin ortalarında meydana daxil olub və 83-cü dəqiqədə Ayman Yahyanın ötürməsindən sonra fərqlənib.
Ronaldo üçün bu matçdakı qol karyerasındakı 977-ci top olub.
Avqustun 17-də Ronaldo yeni mövsümün onun karyerasında sonuncu ola biləcəyini bəyan etmişdi. Ronaldo milli komandada vurduğu qolların və keçirdiyi oyunların sayına görə dünya rekordçusu olaraq qalır: onun hesabında 233 rəsmi görüşdə 146 qol var.
Bizim.Media