Gəncədə 65 yaşlı kişini qətlə yetirən şəxs saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirtdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1960-cı təvəllüdlü Nizami İskəndərov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin versiyaya görə tərəflər arasında mübahisə Gəncənin "2705 dairəsi" adlanan ərazisində baş verib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu