"Tesla" şirkəti qapı tutacaqları ilə bağlı problemə görə Çindən 3 milyon avtomobili geri çağırır.
Bizim.Media xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
"Tesla"nın yerli rəqibi olan "Xiaomi" şirkəti də öz növbəsində 400 000 avtomobili geri çağırır.
Çinin tənzimləyici orqanları keçən il baş vermiş ölümcül hadisədən sonra təhlükəsizlik narahatlıqları səbəbindən avtomobillərdə gizlənən (içəri girən) qapı tutacaqlarının istifadəsinə qadağa qoyur.
Həmin hadisə zamanı sürücü yanan avtomobilin içində kilidli qalmış, yoldan keçən sakinlər isə qapıları aça bilməmişdilər.
Bizim.Media