NATO pilotsuz uçuş aparatları (PUA) ilə bağlı təhdidləri dəf etməyə tam hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin alyansdakı daimi nümayəndəsi Metyu Uitaker "X" sosial şəbəkəsində məlumat verib.
"Biz bu təhdidləri aradan qaldırmaq üçün yaxşı hazırlaşmışıq", — deyə o yazıb.
Söhbət dronların məhv edilməsindən və alyansın şərq cinahı boyu PUA-lara qarşı qabaqcıl müdafiə sistemlərinin tətbiqindən gedir.
Avqustun 20-də Rumıniya prezidenti Nikuşor Dan Qara dənizdə "Neptun Deep" dəniz dronu ilə bağlı baş verən insidentə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub, həmçinin bu növ halların sayının artmasını pisləyib.
Bizim.Media