Nyu-York şəhəri subbasmalarla müşayiət olunan güclü leysan yağışları ilə üzləşib.
Bizim.Media xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
Şiddətli yağışlar Nyu-York küçələrinin su altında qalmasına və nəqliyyatın hərəkətində ciddi fasilələrə səbəb olub. Su mərkəzi "Penn-Steyşn" (Penn Station) metro stansiyasına qədər çatıb.
Burada su axınları pilləkənlərlə birbaşa platformaya tökülüb ki, bu da metronun bir neçə xəttində qatarların hərəkət intervallarının artırılmasına (gecikmələrə) səbəb olub.
Bruklin bölgəsində isə subbasmalar səbəbindən magistral yolun bir hissəsi hərəkət üçün bağlanıb. Sinoptiklər xəbərdarlıq edirlər ki, Nyu-York ərazisində və qonşu Nyu-Cersi ştatında yeni daşqınların baş vermə ehtimalı var.
Bizim.Media