"Barselona"nın hücumçusu Ferran Torres karyerasını Fransada davam etdirməyə yaxındır.
Bizim.Media xəbər verir ki, PSJ ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Liqa 1 nəhəngi Torreslə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. PSJ 26 yaşlı forvardın klubu ilə dünya çempionatından sonra danışıqlar aparmağı planlaşdırır.
Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvarında "Mançester Siti"dən transfer edib.
İspaniya millisinin üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
Bizim.Media