Rusiyada yanacaq bölgüsü sərt TƏNQİD OLUNDU - SƏBƏB NƏDİR?

Avqustun əvvəlində Rusiyada yanacaqdoldurma məntəqələrindəki ajiotajın səngiməsi fonunda ölkədə yanacaq qıtlığı üzərində qismən və tezliklə qələbə qazanılacağına dair ümid hiss olunmağa başladı.

Bizim.Media xəbər verir ki, tam qələbədən danışmağa hələ cəsarət etmirdilər, lakin böhranla bağlı müzakirələrin tonu nəzərəçarpacaq dərəcədə dəyişərək panikadan təmkinli nikbinliyə keçmişdi.

Təkcə hakimiyyət deyil, hətta müstəqil analitiklər də AYS-lərdəki fəlakəti artıq əvvəlki kimi ən yüksək dərəcədə təsvir etmirdilər.

“Vəziyyət nəzarət altındadır”, – həmin günlərdə Vladimir Putin bildirib və qalan narahatlıqları iş prosesindəki adi məqamlarla əlaqələndirib. Eyni zamanda televiziya ekranlarında tamaşaçılara aydın şəkildə izah etməyə başladılar: sistem saat kimi işləyir, müvəqqəti çətinliklərə isə heç bir səbəb olmadan panika yaradan müəmmalı “şüursuz vətəndaşlar” günahkardır.
 

Lakin bu kollektiv sakitləşdirmə seansı uzun çəkmədi. Yayın sonuna yaxın kövrək sabitlik çat verdi və hamı yekdilliklə böhranın ikinci dalğasından danışmağa başladı. Yanacaq qıtlığı bu və ya digər formada nəhəng Rusiyanın bütün xəritəsinə sürətlə yayıldı.


İkinci dalğanın səbəbləri yalnız Ukrayna dronlarının hücumları ilə məhdudlaşmır, baxmayaraq ki, onlar əsas amillərdən biri olaraq qalır. Ümidlərin, demək olar ki, Bibliyadakı möcüzə səviyyəsində bağlandığı Hindistandan xilasedici idxalın isə qurumuş dənizdə bir damcı olduğu üzə çıxdı.

Bunun üzərinə Belarusun Novopolotsk zavodu da daxil olmaqla iri neft emalı zavodlarında planlı təmir işləri əlavə olundu. Nəticədə dronlar, planlı qrafiklər və xroniki logistika iflici arasında sıxışıb qalan Rusiya yanacaq sistemi çoxsaylı vəzifələri eyni vaxtda yerinə yetirmə rejiminin onun güclü tərəfi olmadığını əyani şəkildə nümayiş etdirdi.

Qıtlıq həm mərkəzi rayonları, həm də ucqar əraziləri əhatə etsə də, ənənəvi olaraq kənar bölgələr bundan daha ağır zərər çəkdi.

Burada yanacaq qıtlığı məişət səviyyəsində narahatlıq olmaqdan çıxaraq sistemli sosial kollapsa çevrildi: ictimai nəqliyyatın marşrutları azaldıldı, özəl müəssisələr fəaliyyətini dayandırdı, insanların alışdığı həyat tərzi dağıldı.

Amma paytaxtı fəal şəkildə xilas edirlər. Ölkədə sərt yanacaq bölgüsü iyerarxiyası formalaşıb və Moskva mütləq prioritetə malikdir, əksər regionlar isə siyahının sonlarında qalıb. Jurnalistlər artıq belə vəziyyəti dəqiq ifadə ilə Rusiyanın regionlarının “yanacaq gettosuna” çevrilməsi adlandırırlar.
 

Bu prizmadan baxanda hazırkı böhran artıq “ümumi bəla” olmaqdan çıxır və iki paralel dünyanın aydın göründüyü bir prizmaya çevrilir: tox mərkəz və sağ qalmağa çalışan əyalət. Böhranın insanların psixikasına təzyiqi bu iki dünyada prinsipial şəkildə fərqlidir. Buna görə də xilas reseptləri və günahkarların siyahısı da hər yerdə başqadır.


Əyalətlərdə narazılıq yalnız təhlükəsizlik qüvvələri, məmurlar və yanacağa növbədənkənar çıxışı təmin edilən fövqəladə xidmətlər üçün xüsusi təchizatdan qaynaqlanmır. Bu imtiyaz artıq sovet dövrünün xüsusi bölüşdürmə sistemləri ilə müqayisə edilir. Paytaxtın eqoizmi də insanları ciddi şəkildə qıcıqlandırır. Region sakinlərinin təsəvvürünə görə, Moskva nəyin bahasına olursa-olsun öz yanacaq bazarını təmin etməyə çalışır, ölkənin qalan hissəsi isə aclıq payına məhkum edilir.

Bununla belə, hər şeydə Birinci taxtı – Moskvanı günahlandırmaq çoxəsrlik vərdişi siyasi baxımdan tamamilə zərərsizdir. Bütün üsyan, bir qayda olaraq, yerli “Telegram” kanallarında ritual giley-güzar və şəhər forumlarında haqqın tapdanmasına dair qəzəblə məhdudlaşır. Yorğun əyalət sakini şərhlərdə ürəyini boşaldaraq müvəqqəti rahatlıq tapır və rahat vicdanla AYS-də növbədə dayanmağa davam edir.

Və burada gözlənilməz hadisə baş verdi. Yerli sağ qalma məntiqi heç bir mərasimə ehtiyac duymadan, bütün çılpaqlığı ilə səhnəyə çıxdı.

Kəskin qıtlıq qarşısında qalan və federal mərkəzin problemlərini həll etmək iqtidarında olmadığını dərk edən regional hakimiyyət orqanları öz ərazilərinin maraqlarından çıxış edərək hərəkət etməyə başlayırlar. Bəzən qonşu regionlarla birbaşa qarşıdurmaya girir, hətta Moskvadan göndərilən göstərişləri pozurlar.

İlk baxışdan belə yerli üsyanlar adi inzibati özbaşınalıq təsiri bağışlayır. Lakin bütün parçaları birləşdirəndə artıq kifayət qədər sistemli bir hadisə üzə çıxır. Ekspertlər bunu kinayə ilə “benzinbölüşdürməsi”, bəzi politoloqlar isə “regional yanacaq separatizmi” adlandırırlar.
 

Bu suverenlik paradının əsas təşəbbüskarı Zabaykalye diyarı olub. Yerli hökumət dövlətə qarşı üsyan həddinə çatan ümidsiz addım ataraq paytaxtın birbaşa göstərişlərini nəzərə almadan Çin tədarükçüləri ilə birbaşa danışıqlara başlayıb. Məqsəd qonşu ölkədən hazır yanacaq idxal etməkdir.


Eyni zamanda qubernator Aleksandr Osipov “Zabaykalsk” buraxılış məntəqəsindən benzin daşıyan maşınlardan başqa bütün yük maşınlarının keçidinə qadağa qoyulmasını nəzərdə tutan qərar layihəsini elan edib.

Moskva, əlbəttə, dərhal xəbərdarlıq edib. Qərar layihəsi geri götürülüb, qubernatora yumşaq, lakin qəti şəkildə evin əsl sahibinin kim olduğu xatırladılıb.

Lakin fakt fakt olaraq qalır: regionlar icazə verilən sərhədləri yoxlamağa başlayıblar.

Birbaşa qadağalar keçməyəndə isə dolayı manevrlər işə düşür. Regionlar sürücüləri “özününkü” və “yad” olmaqla ayıran bütöv bir dolayı maneələr arsenalı formalaşdırırlar. Həştərxan, Lipetsk, Pskov, Kirov vilayətlərində və Mordoviyada avtomobil nömrələrinin cüt və ya tək olmasına görə yanacaq doldurma qaydası tətbiq edilib. Tranzit nəqliyyat vasitəsi “öz” günündə olmayan vaxt çənini doldura bilmir. Bəzi yerlərdə QR-kod sistemi vasitəsilə onlayn qeydiyyat da tətbiq olunub.
 

Məmurların bu yaradıcılığını sadə dildə ifadə etsək, yerlərdə səssizcə paralel reallıq qurulur. “Özünütəminetmə” kimi nəcib şüar altında regionlar faktiki olaraq qapalı bazarlarını qanuniləşdirir, tranzit yollarını isə maneələr zolağına çevirirlər. Belə vəziyyətdə federal mərkəzə yalnız yaranan ziddiyyətləri əl ilə, bir-bir həll etmək qalır.


Üstəlik, yaxın tariximizi xatırlayan hər kəs üçün baş verənlər aydın “90-cı illər dejavyusu” hissi yaradır. Çılğın 1990-cı illər təkcə al-qırmızı pencəklər və boş zavod sexləri demək deyildi. Bu, həm də regionların federal mərkəzə birdəfəlik əl yelləyərək ən ağlasığmaz üsullarla təkbaşına ayaqda qalmağa çalışdığı dövr idi.

Samara qubernatoru Konstantin Titov o zaman heç bir təvazökarlıq göstərmədən regional istiqrazlar – faktiki olaraq vilayətdən kənarda dəyərini itirən suveren valyuta çap edirdi. Kemerovo rəhbəri Aman Tuleyev bir qələm zərbəsi ilə federal vergiləri azaldır, biznesi “Moskvanı nəzərə almadan işləməyə” çağırırdı. Tümen vilayəti isə öz növbəsində neft-qaz gəlirlərinə xüsusi hüquqları olan azad ərazi statusunu sınaqdan keçirirdi.

Bugünkü regional oyunlar daha təvazökardır. Heç kim istiqraz çap etmir və özünü respublika elan etmir. Lakin mahiyyət dəyişməyib: regionlar müstəqil üzməyə başlayırlar.

Və taleyin ironiyası da məhz bundadır. İllərlə legitimliyini ölkəni “90-cı illərə qayıdışdan qorumaq” müqəddəs vədi üzərində quran siyasi rejim faktiki olaraq ölkəni həmin dövrə əlindən tutaraq aparır. Əlamətlər həddən artıq tanışdır: güclü regional eqoizm, panikaya düşmüş əl ilə idarəetmə və şaquli hakimiyyət sisteminin getdikcə iflic olması. Yeganə fərq ondadır ki, əvvəlki dəfə tam siyasi xaos hökm sürürdü, indi isə hələlik söhbət yalnız yanacaq böhranından gedir.

Ədalət naminə qeyd edək ki, hazırkı böhran 1990-cı illərin tammiqyaslı reinkarnasiyası deyil. O vaxt regionlarda qıtlıq dövlətin tamamilə çökməsinin nəticəsi idi. Bu gün isə hakimiyyət şaquli şəkildə formal olaraq monolit görünür: qubernatorlar rəhbərliyin gözlərinin içinə sədaqətlə baxır, Moskva isə hələ də oyunun qaydalarını diktə edir.
 

Lakin açıq-aşkar görünən bir həqiqəti də inkar etmək axmaqlıq olardı: ölkənin iqtisadi və logistik dezin­teqrasiyası artıq müxalif analitiklərin qorxutmaq üçün istifadə etdiyi bir təhdid deyil. Qıtlıqdan zərər çəkmiş regionlar artıq mərkəzdən yardım gözləmir. Onlar özləri sağ qalmağa çalışır və bunun üçün qonşularının istifadə etdiyi eyni vasitələrə əl atırlar: baryerlər, prioritetlər, “yadlar” üçün ayrıca qaydalar.


Hələlik bu siyasət deyil. Hazırkı mərhələdə bunun sadə və iddiasız adı var – “benzinbölüşdürməsi”. Amma sabah onun ardınca “qanunyaratma bölüşdürməsi”nin gəlməyəcəyinə kim zəmanət verə bilər? O zaman hər subyekt formal olaraq federal qaydaları təkrarlayan, lakin özünəməxsus yerli çalarları olan həyat qaydalarını özbaşına qəbul etməyə başlayacaq.

Bu şəkilçilər silsiləsini sonsuzadək davam etdirmək olar: “vergibölüşdürməsi”, “gömrükbölüşdürməsi”, “miqrasiya bölüşdürməsi”...

Burada əsas məsələ jurnalistlərin növbəti dəfə hansı filoloji yeniliyi ortaya atacağı deyil. Əsas sual budur: bu dil oyunu hansı məqamda əyləncəli olmaqdan çıxıb sərt reallığa çevriləcək?

Elə bir reallığa ki, vaxtilə hər şeyə qadir olan federal mərkəz özünü çoxsaylı oyunçulardan yalnız biri kimi görəcək.

Yaxud ümumiyyətlə, sadəcə müşahidəçi kimi... (Mənbə: Haqqin.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Taker Karlson: Tramp istefaya göndərilməlidir - VİDEO

Taker Karlson: Tramp istefaya göndərilməlidir - VİDEO

Hikmət Hacıyevdən itkin düşən şəxslərlə bağlı paylaşım - FOTO

Hikmət Hacıyevdən itkin düşən şəxslərlə bağlı paylaşım - FOTO

2 sərnişin təyyarəsi stadionun üzərində təhlükəli manevr etdi - VİDEO

2 sərnişin təyyarəsi stadionun üzərində təhlükəli manevr etdi - VİDEO

2014-cü ildən bəri Rusiyaya nə qədər sanksiya tətbiq edilib? - FOTO

2014-cü ildən bəri Rusiyaya nə qədər sanksiya tətbiq edilib? - FOTO

Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi

Nepalda möcüzə: 3 gün sonra dağıntılar altından 6 yaşlı qız sağ çıxarıldı - VİDEO

Nepalda möcüzə: 3 gün sonra dağıntılar altından 6 yaşlı qız sağ çıxarıldı - VİDEO

Avqustun son günündə hava necə olacaq?

Avqustun son günündə hava necə olacaq?

Zelenski: Kiyev vilayətinə zərbə nəticəsində 38 nəfər həlak olub - VİDEO

Zelenski: Kiyev vilayətinə zərbə nəticəsində 38 nəfər həlak olub - VİDEO

Rusiya zərbəsindən sonra daha bir şirkət fəaliyyətini dayandırdı

Rusiya zərbəsindən sonra daha bir şirkət fəaliyyətini dayandırdı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Ya bizimləsiniz, ya da bizə qarşı” - VİDEO

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “Ya bizimləsiniz, ya da bizə qarşı” - VİDEO

"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü

"Qarabağ" braziliyalı yarımmüdafiəçini icarəyə götürdü

Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

Delcy Rodriges: ABŞ-la neft sazişi 25 il qüvvədə olacaq – VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatdı - VİDEO

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Cəlilabadda ev yanaraq külə döndü - VİDEO

Cəlilabadda ev yanaraq külə döndü - VİDEO

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Rusiyada yanacaq bölgüsü sərt TƏNQİD OLUNDU - SƏBƏB NƏDİR?

Rusiyada yanacaq bölgüsü sərt TƏNQİD OLUNDU - SƏBƏB NƏDİR?

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Bakıda güclü külək əsir - FAKTİKİ HAVA

Bakıda güclü külək əsir - FAKTİKİ HAVA

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

End of content

No more pages to load

RADİO