"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

"Neftçi" və "Qarabağ" klubları sabah Misli Premyer Liqasının XXIX turunda baş tutacaq qarşılaşmadan öncə azarkeşlərə səslənərək, onları qaydalara riayət etməyə çağırıblar.

Bizim.Media xəbər verir ki, hər iki klubun yaydığı birgə bəyanatda qeyd olunub ki, 26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti "Palms Sports Arena"ya yönələcək.

"Dörd gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində "Neftçi" və "Qarabağ" komandaları iki dəfə üz-üzə gələcəklər. Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Neftçi" və "Qarabağ" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq".

Birgə bəyanatda xatırladılıb ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur:

"Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır.

Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir. Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir".

Qeyd edək ki, komandalar arasında görüş sabah "Palms Sports Arena"da saat 19:00-da start götürəcək.

Hazırda "Qarabağ" klubu 56 xalla ikinci, "Neftçi" isə 44 xalla 5-ci yerdə qərarlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə CAVAB

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

Zelenskinin Azərbaycandan səsləndirdiyi təklifə Rusiyadan CAVAB: Ola bilər...

İtkin düşən 13 nəfər tapılıb...

İtkin düşən 13 nəfər tapılıb...

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO/VİDEO

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Əraqçi İranın ŞƏRTLƏRİNİ Pakistan tərəfinə ÇATDIRDI

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

Göygöldə HADİSƏ: Qadın hamam otağında boğuldu

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalanıb - FOTO

“Sabah” finala yüksəldi

“Sabah” finala yüksəldi

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Azərbaycanlı aparıcı xanımı və qızı ilə - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"

Əli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"

İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

İran Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

Çernobıl əlillərinə avtomobillər verildi - FOTO

Çernobıl əlillərinə avtomobillər verildi - FOTO

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi - FOTO/VİDEO

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi - FOTO/VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

End of content

No more pages to load

RADİO