Əgər Bakı bütün iştirakçıların təhlükəsizliyini təmin edərsə, Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda üçtərəfli danışıqlara razı ola bilər.
Bizim.Media Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov bildirib.
Cabarov Azərbaycanı "normal yer" adlandırıb və Moskva ilə Bakı arasında yaxşı münasibətləri qeyd edib.
"Əgər Azərbaycan danışıqlarda iştirak edəcək bütün nümayəndələrin təhlükəsizliyini təmin etməyə hazırdırsa, mən hesab edirəm ki, bizim danışıqlar qrupunun iştirakçıları Azərbaycana sakit şəkildə gedə bilərlər", — senator qeyd edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib.
Bizim.Media