Nyu-York merinə AÇIQ MƏKTUB: “Ola bilsin sizi yanlış məlumatlandırıblar”

Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açıq məktubla müraciət edib.

Bizim.Media müraciətin tam mətnini təqdim edir:
 

"Biz – Azərbaycandan olan bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri Sizin "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, o cümlədən 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə reallıqdan uzaq fikirlərinizi qəbulolunmaz hesab edirik.


Təəssüf ki, Bayden-Blinken dövrünün ruhuna uyğun olaraq Nyu-York şəhər meri kimi mandatınızla uzlaşmayan bu siyasi açıqlama ilə milyonlarla insanın hisslərinə toxunmusunuz.

Erməni lobbi qruplarının, Nyu-Yorkdakı bir qrup erməni icmasının birtərəfli məlumatları əsasında Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyiniz fikirləri biz 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvəsində ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş sülh prosesinə zidd hesab edirik, bu, Ermənistanla normallaşma addımlarına qarşıdır.
 

Regiondan, Ermənistan hüdudlarından xeyli kənarda yaşayan erməni diasporunun, o cümlədən ABŞ-dəki erməni diasporunun müəyyən hissəsi bu sülh səylərinə mane olmağa çalışır. Siz bu açıqlama ilə faktiki olaraq revanşist qüvvələrin destruktiv gündəliyini müdafiə etmisiniz.


Ola bilsin sizi yanlış məlumatlandırıblar. Bu gün Cənubi Qafqaz ağır, qanlı bir tarixi səhifəni çevirərək sülh, təhlükəsiz birgəyaşayış üçün imkanları, fürsətləri genişləndirir.

Bu gün regionda sülh var, biz sizi sülhü dəstəkləməyə çağırırıq. Azərbaycan və Ermənistan xalqlarının tarixində yeni bir dövr açılır.

Təəssüf edirik ki, bir qrup erməni diaspor dairələri sülhü deyil, müharibəni dəstəkləyir, ABŞ siyasətçilərini də yanlış istiqamətə doğru yönəldirlər.
 

İnsan hüquqlarının müdafiəsi və tarixi faciələrin anılması həqiqətən mühüm dəyərə malikdirsə, o zaman Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələr, 1992-ci il Xocalı soyqırımı, işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda və Şərqi Zəngəzurda məhv edilmiş tarixi, dini, mədəni abidələr, urbisid unudulmamalıdır.


Bu gün hələ də dinc azərbaycanlılar vaxtilə Qarabağda və Şərqi Zəngəzurda Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalara düşərək həyatlarını itirir, əlil olurlar.

Yüz minlərlə azərbaycanlı onilliklər boyunca fundamental hüquqlardan – təhlükəsizlik, mülkiyyət və doğma yurdlarına qayıtmaq hüququndan məhrum şəkildə yaşamalı olub.

Biz hesab edirik ki, sizin kimi nüfuzlu vəzifə sahibinin açıqlamaları yalnız bir tərəfin mövqeyinə əsaslanmamalı, əksinə, reallıqları əhatə etməlidir.

Təəssüf ki, açıqlamanızda yüz minlərlə azərbaycanlı məcburi köçkünün taleyi və uzun illər davam edən əziyyətləri qeyd olunmamışdır. İnanırıq ki, məlumatların daha geniş və müstəqil şəkildə nəzərdən keçirilməsi regionda baş verən hadisələrin daha düzgün anlaşılmasına, işğalçı ilə işğala məruz qalanı fərqləndirməyə kömək edəcəkdir.

Biz sizə mövzu ilə bağlı daha geniş məlumat təqdim edə bilərik, sizinlə görüşməyə də hazırıq.

Çox istərdik ki, Nyu-York təkcə uydurma erməni soyqırımı abidələrinin, xatirə lövhələrinin olduğu şəhər kimi tanınmasın.
 

Siz tarixi faciələrə xüsusi diqqət ayıran mer kimi Nyu-Yorkda 1992-ci il Xocalı soyqırımı barədə abidə və ya xatirə lövhəsi ucalda, hər il fevralı 26-da bu memorial üzərinə erməni və azərbaycanlı icmalarının tər güllər düzmələrini təşkil edə bilərsiniz.


Sizin açıqlamalarınızı diqqətlə izləməkdə davam edəcəyik.

İmzalar:

1. Xatirə Vəliyeva - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

2. Vladimir Timoşenko – istefada olan general-mayor, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü

3. Novella Cəfəroğlu – Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri

4. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri

5. Səltənət Qocamanlı - İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

6. Əmir Əliyev – İnsan Hüquqlarının Təşviqi Mərkəzinin sədri

7. Əliməmməd Nuriyev – "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

8. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

9. Səadət Məmmədova - "Maarifçi Media Mərkəzi" İctimai Birliyinin sədri

10. Rey Qasımov - Azərbaycanda Minadanzərərçəkənlər Assosiasiyasının sədri

11. Hafiz Səfixanov - Minalar Əleyhinə Azərbaycan Kampaniyasının rəhbəri"

12. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

13. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

14. Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

15. Tünzalə Abdüləlimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

16. Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri

17. Vüqar Qədirov – Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı İctimai Birliyinin sədri

18. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri

19. Şəlalə Hümbətova - "Məxəz" Milli İrs Araşdırmaları İctimai Birliyinin sədri

20. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzinin sədri".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

End of content

No more pages to load

RADİO