İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonla dialoqundа vasitəçi rolunu oynayan Pakistan ordusunun komandanına İslam Respublikasının mövqeyini, həmçinin ABŞ-ın tələblərinə dair qeydlərini çatdırıb.
Bizim.Media bu barədə “Fars” agentliyinə istinadla məlumat yayıb.
Məlumata görə, iranlı diplomat İslamabadda Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşdə ölkəsinin mövqeyini və Tehranın ABŞ-ın tələblərinə dair etirazlarını şərh edib.
O, həmçinin atəşkəsin bərqərar olmasında və ABŞ-la danışıqlarda vasitəçilik üçün göstərilən səylərə görə Asim Munirə təşəkkür edib.
Qeyd olunur ki, görüş zamanı regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq məsələləri də müzakirə edilib.
Bizim.Media