İran prezidenti Məsud Pezeşkian ölkədə enerji vəziyyəti ilə bağlı çıxış edərək əhalini elektrik enerjisi istehlakını azaltmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Pezeşkian yerli kanala müsahibəsində deyib.
Pezeşkian bildirib ki, düşmən qüvvələr İranın infrastrukturunu hədəfə alaraq cəmiyyətdə narazılıq yaratmağa çalışır:
“Düşmənlər infrastrukturumuzu dağıdır və bizə elə təsir edirlər ki, insanlar narazı qalsınlar və mövcud məmnuniyyət narazılığa çevrilsin. İnsanlar narazılığa zəmin yaranmasına imkan verməməlidirlər”.
İran prezidenti qeyd edib ki, hazırda ölkənin insan fədakarlığına ehtiyacı olmasa da, istehlaka nəzarət edilməlidir:
“Hazırda insanların fədakarlığına ehtiyacımız yoxdur, amma istehlakı nəzarətdə saxlamalıyıq. Evdə 10 əvəzinə 2 işıq yandırmağın nəyi pisdir?”
Bizim.Media