“Sabah” Azərbaycan Basketbol Liqasının finalına vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, Bakı klubu yarımfinalın ikinci görüşündə “Gəncə”ni səfərdə məğlub edib.
Gəncə İdman Sarayında keçirilən görüş qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Bakı klubu ilk oyunda da (96:67) qalib gəldiyi üçün finala adlayan tərəf olub.
Qeyd edək ki, yarımfinalın ikinci görüşləri çərivəsində növbəti qarşılaşma sabah “Neftçi” və “Abşeron Lions” komandaları arasında baş tutacaq.
Bizim.Media